Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Trampın qızı London səfəri üçün -qarderobuna 16 min funt-sterlinq xərclədi

Amerika prezidenti Donald Trampın Böyük Britaniya səfəri fərqli müzakirələrə səbəb olub. Siyasi mövzular bir yana, səfərdə Trampın qızı İvanka ilə həyat yoldaşı Melaniya səfərin ən çox diqqət çəkən iki üzü olub. Təbii ki, bunun da bir səbəbi var.

Yenixeber.org: Səfərdə D.Trampın məsləhətçilərindən biri olan kürəkəni Cared Kuşner ilə qızı İvanka Trampla yanaşı, digər övladları da müşayiət edir. Amma Trampın övladları arasında önə çıxan keçmiş həyat yoldaşı İvana ilə evlilikdən dünyaya gələn qızı İvankadır.

37 yaşlı üç uşaq anası İvanka Tramp diqqətçəkən fiziki görünüşü ilə yanaşı, geyimləri ilə də medianın müzakirə mövzusudur. İngiltərə mediasında yer alan iddialara görə, İvanka Tramp ögey anası Melaniya Trampı kölgədə qoymaq üçün Londonda geyinəcəyi geyimlərə 16 min funt-sterlinq vəsait xərcləyib. Bu rəqəmə İvanka Trampın geyimlərilə yanaşı, istifadə etdiyi aksesuarlar, çanta və ayaqqabılar da daxildir.

İvanka Tramp London qarderobunun hər bir parçasını məşhur modaçıların imzalarını daşıyan kolleksiyalar arasından seçib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam