Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Donald Trampın SSRİ ilə gizli münasibətləri:Kreml Amerika prezidentini, ən azı, beş il “tərbiyə edib” – Araşdırma

 

Liu Lonqlonq, Lyu Lunlun

Sina.com (Çin), 28.11.2017

 

Yenixeber.org: 2016-cı ildə ABŞ-da prezident qovğasının lap başlanğıcından, Donald Trampın prezident seçildiyi andan ta bu günədək təzəcə vəzifə almış Amerika liderinin Rusiya ilə əlaqəsi suallar və şübhələr doğurub. Bunların ən ciddisi ABŞ kəşfiyyat xidməti qurumlarının rəyidir: Rusiya Amerikada seçkilər zamanı haker hücumu həyata keçirib və prezident kreslosunu tutmaqda Trampa gizlicə yardım edib. Trapın özü bunu inkar edir.

 

DTK-nın iltifatı?

 

The Guardian”-ın Moskvada akkreditə olunmuş jurnalisti Lyuk Hardinq bu yaxında Donald Trampın Moskvaya gizli ilk səfərinə aydınlıq gətirib ki, bu da Rusiya ilə ABŞ-ın yeni liderinin qarşılıqlı münasibətləri ətrafndakı sirr dumanını yalnız qatılaşdırıb.

1980-ci illər. Qoprbaçov Sov. İKP Baş katibi vəzifəsini tutur. Bu vaxt Vaşinqtonda isə hakimiyyətdə Ronald Reyqan durur. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) hesab edirdi ki, Reyqanın sələfləri Cerald Ford və Cimmi Karter zəif prezident idilər. Ronald Reyqan isə, əksinə, həm nüfuz, həm də səlahiyyət sahibi olan rəqib idi. DTK yanlış olaraq ABŞ-ın SSRİ-yə xəbərdarlıq nüvə zərbəsi endirmyə hazırlaşdığını güman edən xarici kəşfiyyatın məlumatını toplamağa başlayıb. Görünür, Donald Trampın şəxsiyyəti məhz bu zaman sovet kəşfiyyatının diqqətini cəlb edib. O zaman nə baş verdiyi tam aydın deyil, xarici qaynaqlardan məlumatlar yoxdur və yalnız DTK-nin məxfi materiallarını açmaqla həqiqəti öyrənmək olardı.  

Mixail Qorbaçov və Donald Tramp Vaşinqtonda Dövlət Departamentində

 

1987-ci ildə Tramp Moskvaya ilk dəfə səfər edir

 

Donald Tramp prezident qovğasını udarkən Britaniyanın Mİ-16 xüsusi  xidmətinin keçmiş əməkdaşı Kristofer Stil qətiyyətlə bildirib ki, Kreml Amerika prezidentini, ən azı, beş il “tərbiyə edib”. Şərqi Avropa xüsusi xidmətlərinin məlumatları göstərir ki, ola bilsin, DTK artıq 1977-ci ildə Tramp haqda material toplamağa başlayıb. Tramp elə həmin il Çexoslovakiyadan 28 yaşlı model İvana ilə evlənib. İvana kommunist ölkəsinin vətəndaşı olduğundan çex təhlükəsizlik xidməti, FTB və MKİ bir andaca qızla marqlanmağa başalyıb. İvana təyyarə buraxılan  şəhərcikdə doğulub. Onun birinci əri Avstriyada mülkiyyət agentliyində çalışıb. İvana 1970-ci illərin əvvəlində Kanadaya köçüb. Arxivlərə əsasən, Çexoslovakiyadakı həyat İvana üçün ağır bir dövr olub. O, Kanadadan Nyu-Yorka gəlib. 1977-ci ildə Donald Trampa ərə gedib. Hardinq Trampın xüsusi xidmətlərin diqqətini niyə cəlb edə biləcəyinin iki səbəbini ayırır: 1) arvadı əslən Şərqi Avropadan idi, 2) Kremlin 1984-cü ildə islahat keçirmək cəhdindən sonra Tramp mülk sahəsində varlanıb.

Çex arxivləri xəbər verir ki, İvana ərinin siyasətə artan marağını xatırladıb. Bəlkə də, Donald Tramp hansısa bir anda  dövlət qulluğu ilə məşğul olmaq haqda düşünməyə başlayıb.  

Trampın özü deyir ki, birdən sovet səfiri Yuri Dubininlə yanaşı əyləşdiyini görəndə Moskvaya səfər haqda ilk dəfə düşünməyə başlayıb.  Bu, 1986-cı ildə baş verib – “Estée Lauder” şirkətinin qurucusu Este Laude banket təşkil edib. Tramp sonrada özünün bestseller kitabında Yuri Dubinin qızı Natalyanın adını çəkib. Natalyanın özü deyir ki, sovet kəşfiyyatı məhz həmin anda artıq qəti şəkildə Trampa “girişib”.

Lakin onun o vaxtkı səfəri xüsusi diqqət çəkməyib. Nyu-Yorka dönüb və  ilk dəfə bildirib ki, siyasətlə məşğul olmağa hazırlaşır. Amma şəhər meri və yaxud ştat səviyyəsində deyil. O, prezident seçkilərinə qatılmağa hazırlaşıb.

 

Var-dövlət tamahı

 

“The New York Times” xəbər verir ki, Tramp prezident seçilənədək 30 il ərzində Rusiya ilə biznes qurmağa çalışıb, amma bu işdə önəmli uğura nail olmayıb. Tramp biznes açmaq cəhdlərinin ümidsiz çıxdığını görəndə Rusiyada “Dünya Gözəli” müsabiqəsi keçirməyi kəsdirib. 2015-ci ilin sentyabrında “The Hugh Hewitt Show”-ya dediyi kimi, gözəllik müsabiqəsi ona Rusiya elitasıyla tanışlığa başlamaq imkanı verib.

Tramp 2000-ci illərin əvvəlində ailə brendini beynəlxalq səviyyəyə çıxarmaq istəyib, buna görə də Moskvaya tez-tez gedib. 2006-cı ildə böyük oğlu və qızı İvanka Tramp Moskvaya səfər zamanı Kreml yaxınlığındakı mehmanxanada gecələyiblər. Onları rusiyalı mühacir, Trampın biznes üzrə köhnə tərəfdaşı Feliks Sater müşayiət edib. Sater 2015-ci ilin payızında Moskvada Trump Tower-in inşası layihəsini hazırlayıb, ancaq Tramp seçkilərə qatıldığından layihə dayandırılıb. Amerika KİV-ləri məlumat verir ki, Tramp lap çoxdan Moskvada inşaatla maraqlanıb. O, 2007-ci ildə məhkəmədə deyib ki, “Rusiya dünyada yatırım üçün ən əlverişli ölkədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam