Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tramp qələbə çala bilər:Demokratlar son zərbəni endirdi

 

Rusiyanın ABŞ-dakı siyasi proseslərə, ələlxüsus da Donald Trampın qələbəsi ilə nəticələnən son prezident seçkilərinə qeyri-qanuni müdaxiləsi məsələsi hələ də aktuallığını itirməyib.

Yenixeber.org: Bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, bu proses az qala Trampın impiçmenti ilə nəticələnəcəkdi:

“İmpiçment təhlükəsi hələ də Tramp üçün var. Düzdür, prezident seçkilərinə çox qalmayıb və bütün skandal açıqlamalar, proseslərə rəğmən, Trampın yenidən seçilmək şansı çoxdur. Trampın ilk həyat yoldaşı əslən keçmiş Çexoslovakiyadan olub. ABŞ prezidenti çex həyat yoldaşı ilə ilk dəfə Sovet Rusiyasında yenidənqurma dövründə olub və şübhələr var ki, hələ o vaxtdan sovet kəşfiyyatı Trampı ələ alıb. SSRİ-dən biznesmen Tramp yeni əlaqələrlə qayıdıb. Tramp ABŞ-ın prezidenti seçiləndən bəri rəqibləri ona rus agenti damğasını vurmağa çalışır. Bunun onlarda nə qədər alındığını növbəti prezident seçkiləri göstərəcək. Hələlik isə Tramp prezidentliyi dövründə göstərdiyi iqtisadi nəticələrlə öyünür və hesab edir ki, son onillər ərzində ABŞ üçün ən uğurlu iqtisadi sıçrayışa nail olub”.

Politoloq ekstravaqant, odioz, qeyri-adi Amerika prezidentinin Kremlə bağlantılarını araşdıran xüsusi prokuror Robert Müllerin rəsmi hesabatını Baş prokuror Robert Barra təqdim etməsini prezident seçkiləri öncəsi Demokratlar Partiyası tərəfindən respublikaçı prezidentə son siyasi həmlə kimi qiymətləndirir:

“Fikrimcə, Trampın yenidən prezident seçilməsi şansı yüksəkdir və rəqibləri də bunu yaxşı bilir. Ona görə də əllərindən gələni edirlər ki, bunun qarşısını alsınlar”.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı siyasi proseslərə qeyri-qanuni müdaxiləsini və Prezident Donald Trampın Kremllə bağlantılarını araşdıran xüsusi prokuror Robert Müllerin rəsmi hesabatı artıq Baş prokuror Robert Barra təqdim olunub.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam