Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Sərhədə nəzarət -Azərbaycan-İran əlaqələrinin perspektivi

Sərhədə nəzarət - Azərbaycan-İran əlaqələrinin perspektivi

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Cənubi Qafqaz bölgəsinə sabitlik, inkişaf və əməkdaşlıq vəd edir. Bu, yaxın perspektivdə bölgə insanlarının əmin-amanlıqda yaşamaları üçün də şərait yaradır. Əlbəttə, işğaldan sonra inkişaf, sabitlik, əməkdaşlıq və əlaqələr baxımından Cənubi Qafqaz regionu həm də dünya üçün önək bölgəyə çevrilə bilər.

Yenixeber.org: Əslində, Qarabağı işğal altında saxlayanlar təkcə Azərbaycanı deyil, bu əməli ilə ölkəmizə qonşu olan bütün dövlətləri təhdid edib. Torpaqların işğal altında saxlanılmasından İran İslam Respublikasına da az ziyan dəyməyib. Qeyd edək ki, 1994-cü il martın 17-də İrana məxsus “C 130” sərnişin təyyarəsi işğal altında olan Dağlıq Qarabağın hava məkanında Ermənistan tərəfindən vurulmuşdu. Onda İranın Moskvadakı səfirliyindən bildirilmişdi ki, aviaqəza nəticəsində təyyarədə olan bütün şəxslər, 9-u uşaq olmaqla 19 sərnişin və 13 ekipaj üzvü həlak olub. Təyyarənin göyərtəsindəki sərnişinlər səfirliyin ailə üzvləri və əməkdaşları imiş. Bundan başqa, İranın erməni vətəndaşlarının Qarabağa qanunsuz səfərləri, ticarət əlaqəsi, yanacaq daşıması və s. kimi əlaqələr Azərbaycanla İslam Respublikası arasında gərginlik yaradırdı. Ancaq İranla həmsərhəd ərazilərin işğaldan azad olunması hər iki ölkənin həmin bölgələrinin inkişafına böyük təkan verəcək. Zəngilanın Ağbənd qəsəbəsinin işğalçılardan azad edilməsi ilə Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi mühüm tarixi hadisə, ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbədir.

Yeri gəlmişkən, işğal edilmiş ərazilər “qara bölgə” kimi beynəlxalq terrorizm yuvasına, gizli narkotrafik, qanunsuz miqrasiya məkanına çevrilmişdi. Nəzarətsiz sərhədlər bütün bölgənin, o cümlədən İranın təhlükəsizliyinə ciddi təhdid, böyük risk idi. Bu baxımdan Azərbaycanın İranla sərhədə tam nəzarət etməsi iki qonşu, dost ölkənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, Azərbaycan Respublikasının sərhədinin uzunluğu 3 360 km, o cümlədən quru sərhədlərinin 2 648 km-dir və su sərhədlərinin uzunluğu 816 km-dir. Azərbaycan Respublikası şimalda Rusiya Federasiyası ilə 390 km, şimal-qərbdə Gürcüstan ilə 471 km, qərbdə və cənub-qərbdə ilə Ermənistanla 1007 km, qərbdə Türkiyə ilə 15 km və cənubda İranla 765 km ilə həmsərhəddir. Azərbaycanın İranla dövlət sərhədinin 132 km-i uzun illərdir nəzarətsiz qalmışdı. İndi İranla olan bütün sərhədə tam olaraq Azərbaycan sərhədçiləri nəzarət edir, bununla həm də İrana doğru işğal edilmiş ərazilərdən uzanan “qara əllər” və “qara yollar” kəsilib. Xatırladaq ki, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur.

Nəhayət, Prezident İlham Əliyevin Ağbənd qəsəbəsinin işğaldan azad edildikdən sonra Azərbaycan və İran arasında dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik etməsi məsələnin əhəmiyyətinin göstəricisidir. Azərbaycanın İranla dövlət sərhədinin tam nəzarətə götürməsi iki ölkə arasında iqtisadi əlaqələri də genişləndirəcək, ticarət dövriyyəsini artıracaq, İranın Azərbaycanla sərhəd bölgələrinin daha da dirçəlməsinə, əhalinin rifah halının yaxşılaşmasına səbəb olacaq. Bundan sonra hər iki qonşu, dost ölkə Araz çayının su və enerji ehtiyatlarından daha səmərəli istifadə edəcək, artıq “Xudafərin” hidroqovşaq bəndinin tikintisinin 90 faizi tamamlanıb.

Son illər Azərbaycanın bir sıra bölgələrində quraqlıq, su çatışmazlığı müşahidə edilirdi, Araz çayının su ehtiyatlarının bu işə cəlb edilməsi ilə artıq bu problemin də həllində dönüş yaranacaq. Azərbaycan torpaqlarının, o cümlədən İranla sərhədyanı ərazilərin işğaldan azad edilməsi bölgə əhalisinin əmin-amanlığı, yaxınlaşması və əməkdaşlığı üçün də böyük uğurlar vəd edir. Hadisələr işğalın, təcavüzün nə kimi problemlər yaratdığını, habelə insanları və dövlətləri bir-birinə düşmən etdiyini bir daha təsdiqləyir. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam