Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Özəllər təhsil haqlarını endirir, dövlət artırır:Təhsil sektorunda nə baş verir?

 

Özəllər endirir, dövlət artırır: Təhsil sektorunda nə baş verir?

 

Özəl universitetlər illik təhsil haqlarını aşağı salıb. Hətta bəzi təhsil ocaqları illik ödənişi 50 faizədək endirib. Dövlət universitetlərində isə əksinə, təhsil haqları artırılıb.

Yenixeber.org:  Bəs bunun səbəbi nədir? Özəl universitetlərdə təhsil haqqlarının endirilməsi, dövlət universitetlərində isə qaldırılması təhsilin səviyyəsinə necə təsir edəcək? Bu abituriyentlərin dövlət universitetlərindən üz döndərməsinə səbəb olmayacaq?

Məsələni "Qaynarinfo"ya şərh edən Azərbaycan Texniki Universitetinin İctimai Şurasının sədri, Bakı Dövlət Universitetinin professoru, təhsil üzrə ekspert Şahlar Əsgərov bunun müsbət nəticələri ola biləcəyini bildirib:

"Təhsil haqlarının özəl universitetlərin bəzilərində endirildiyi üçün abituriyentlərin həmin təhsil müəssisələrinə daha çox meyl etməsinə səbəb olması gözləniləndir. Əslində ali təhsil müəssisələrinin təhsil haqları bazar münasibətləri ilə tənzimlənməlidir. Azərbaycan gənc ölkə olduğundan bu sahədə bazar münasibətləri hələ tam formalaşmayıb. Bu səbəbdən də qiymətlər inzibati yollarla tənzimlənir. Özəl universitetlər təhsil haqlarını aşağı salıblarsa, bu faydalı bir şeydi. İndi ali təhsil kasıb ailələr üçün də əlçatan olacaq. Bu da ali təhsilli insanların sayının artması deməkdir. Dövlət universitetlərinin bəzi fakültələrinə tələb yüksək olduğundan qiymətlər qalxa bilər, tələb az olan fakültələrdə isə əksinə endirilə bilər. Dediyim kimi, bu, tələb və təklifdən irəli gələn məsələdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam