Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlik təhsil haqlarının artması ilə bağlı açıqlama verdi

 

Azərbaycan Təhsil Nazirliyi 2015-2016-cı tədris ili üçün ali məktəblərdə ödənişli ixtisaslar üzrə illik təhsil haqlarının artması barədə yayılan məlumatlara aydınlıq gətirib.

 

"Xeberinfo.com":   Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevun Trend-ə verdiyi məlumata görə, ali təhsilin həm bakalavrait, həm də magistratura səviyyəsi üzrə illik təhsil haqları demək olar ki, ötən ilki səviyyədə qalıb.

 

Y.Piriyev bildirib ki, yalnız bəzi ixtisaslar üzrə təhsil haqları bir qədər artıb. Amma bu artım da çox hesab edilə bilməz: “Bu ilki qəbul planında həm bakalavriat, həm də magistratura səviyyələri üzrə ixtisaslar üçün illik təhsil haqlarında dəyişiklik demək olar ki, müşahidə edilmir. Təhsil haqları ötən ildəkinə yaxın rəqəmlərdir”.

 

Y.Piriyev deyib ki, özəl universitetlər təhsil haqlarını özləri müəyyən edirlər. Dövlət ali məktəblərində isə təhsil haqları dövlət sifarişinə uyğun olaraq müəyyənləşdirilir: “Dövlət sifarişində ixtisaslardan asılı olaraq, büdcədən maliyyə vəsaiti ayrılır. Buna görə də dövlət universitetləri illik təhsil haqlarını elə qoymalıdır ki, məbləğ həddindən artıq yüksək olmasın, yəni buna yaxın bir qiymət olsun”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam