Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Təhsil Nazirliyi köçürmə prosesi ilə bağlı tələbələrə müraciət edib

 

Yenixeber.org: İyulun 17-dən indiyə qədər 3000-ə yaxın tələbə transfer.edu.az portalı vasitəsilə orta ixtisas və ali təhsil müəssisələrinə köçürülmək üçün müraciət edib. Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov deyib ki, bunlardan 2300-ü ali təhsil, 700-ə yaxını isə orta ixtisas təhsili müəssisələrinə köçürülmək istəyən tələbələrdir.

 

S. Gözəlov bildirib ki, tələbələr həm dövlət, həm də özəl ali təhsil müəssisələrinə köçürülə bilərlər.

 

Onun sözlərinə görə, xarici ali təhsil müəssisələrində qiyabi təhsil alanların Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə icazə verilmir. Sektor müdiri əlavə edib ki, yalnız əyani təhsil alan, habelə İELTS, TOEFL imtahanları ilə xarici ali təhsil müəssisələrinə qəbul olunanların ölkənin ali məktəblərinə köçürülməsinə imkan verilir.

 

S. Gözəlov qeyd edib ki, fəaliyyəti dayandırılmış “Təfəkkür” Universitetinin tələbələri də transfer.edu.az portalına müraciət etməklə, istədikləri ali təhsil müəssisələrinə köçürülə bilərlər: “Təfəkkür” Universitetinin tələbələri də portala müraciət etməli, lazım olan sənədləri yükləməlidirlər. Portal 15 avqust tarixinə qədər fəaliyyət göstərəcək. Artıq az zaman qalıb. Köçürülmək istəyən tələbələrə müraciət edirəm ki, əgər təhsil aldıqları ali məktəbləri, ixtisasları dəyişmək istəyirlərsə portala müraciət etsinlər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam