“İranın Qarabağ məsələsində Azərbaycanın yanıda ola biləcəyi inandırıcı görünmür” -Milllət vəkili
Yenixeber.org: Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarləq komitəsinin üzvü, millət vəkili Əli Məsimli Azərbaycan Prezidentinin İrana səfərini Gununsesi.info-ya müsahibəsində şərh edib.
Ə. Məsimli ilə müsahibəni təqdim edirik:
-Əli bəy yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri nəzərdə tutulub. Ekspertlər Azərbaycan Prezidentinin İrana gözlənilən səfərinə və ümumiyyətlə, onun İranla son illərdə həyata keçirdiyi siyasətə böyük önəm verirlər…Hətta hesab edirlər ki, Azərbaycan Prezidentinin İrana yönəlik siyasəti iki ölkə arasındakı münasibətlərin normallaşdırılmasından daha çox, son illərdəki qlobal iqtisadi-maliyyə böhran fonunda Azərbaycanın regional əməkdaşlıq baxımından önə çıxmasına səbəb olub. Siz necə düşünürsünüz?
-Dünyanın bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetini təşkil edir. Azərbaycanın qonşu ölkələrlə qarşılıqlı münasibətlərin yaradılması və hara qədər mümkünsə, o qədər inkişaf etdirilməsi isə ölkəmizin xarici siyasətində xüsusi rol oynayır. Bu baxımdan yaxın qonşumuz olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir.
İran İslam Respublikasında 35 milyondan çox azərbaycanlı yaşadığını nəzərə aldıqda İranın Azərbaycan üçün nə qədər böyük və xüsusi önəm daşıması aydın olur. İranla iqtisadi, siyasi və digər sahələrdə əməkdşlıq həmişə Azrbaycan üçün aktuallıq kəsb edib. İran üzərindən sanksiyaların götürülməyə başlanılması Azərbaycan-İran münasibətlərinə yeni çağırışlar və perspektivlər baxımından yeni çalalar gətirib və əməkdaşlıq imkanlarını xeyli genişləndirib.
Azərbaycan Prezidenti İlham Əliyevin İrana bu dəfəki səfəri həmin konteksdən əməkdaşlığın yeni mərhələsinə yol aça bilər. 2007-ci ildən sonra tədricən azalma müşahidə olunsa da, ticarət dövriyyısini bir necə dəfə artırmağa yetərincə imkan var. Nəqliyyat layihələri də çox perspektivlidir. Turizm layihələrinə də önəm vermək lazımdır. Münasibətlərdə zaman-zaman müşahidə edilən problemlərə rəğmən, Azərbaycan və İranın siyasi, iqtisadi, regional əməkdaşlıq, neft-qaz, elektrik enerjisi, qaz mübadiləsi, nəqliyyat sahəsində əməkdaşlığının böyük imkanları və perspektivləri mövcuddur.
Şimal-Cənub nəqliyyat dəhlizi nəinki İran və Azərbaycan, bütün bölgə üçün önəmlidir. Bu layihnin reallaşdırılması Azərbaycan- İran əməkdaşlığının genişlənməsinəd xüsusi rol oynayacaq. Azərbaycan, İranın Avropaya çıxışında da önəmli rol oynaya bilər.
-İki ölkə arasındakı əlaqələrin inkişafının regional əməkdaşlığa, təhlükəsizliyə, xüsusən də Qarabağ probleminə hansı təsiri ola bilər?
-Azərbaycan çox mürəkkəb bir geosiyasi məkanda yerləşir və belə bir mürəkkəb şəraitdə öz mövqeyini qoruyub saxlayan balanslı bir siyasət sərgiləyir. Bu baxımdan Azərbaycanın İranla münasibətlərinin qaydasında olması və daim yüksələn xətlə inkişaf etməsi regional təhlükəsizlik möqteyi-nəzərdən də mühüm əhəmiyyt kəsb edir. İki ölkə bir-birinin əleyhinə olan kompaniya və proseslərdə iştirak eləmir, beynəlxalq qurumlarda bir-birini dəstəkləyirlər. İranla belə bir sıra məsələrə münasibətdə Azərbaycan arasında sırf üst-üstə düşməyən fikir və məqamların olmasına baxmayaraq, Prezident İlham Əliyevin İrana səfərləri və bu səfər zamanı əldə olunan razılaşmalar ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, xüsusən təhlükəsizlik, ticarət, nəqliyyat, infrastruktur layihələri, kənd təsərrüfatı, turizm kimi sahələrdə genişləndirilməsinə təkan verəcək.
Qarabağ məsələsinə gəldikdə isə İran bu problemin beynəlxalq hüquq və ədalət prinsipi əsasında siyası yolla həllinin tərəfdarıdır. Eyni zamanda İranın Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanla olan isti münasibətləri və bu ölkəyə yetərincə dəstəyi də hamıya məlumdur. Belə olan şəraitdə İranın Qarabağ məsələsində Azərbaycanın yanıda ola biləcəyi inandırıcı görünmür.
Bununla belə, İranın Qarabağ probleminin həllinə həlledici təsirindən söhbət gedə bilməsə də, hər halda onun Ermənistanla yaxın münasibətlərdə olması baxımından problemin beynəlxalq hüquq və ədalət prinsipi əsasında çözülməsinə müəyyən töhfə verə bilər. Bunun optimal yolu qarşılıqlı maraqlar əsasında yaxınlaşma və əməkdaşlığı genişləndirib dərinləşdirməkdədir.