Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“İrana qarşı sanksiyaların ləğvi bizim xeyrimizədir“

 

"İranla "altılıq” ölkələri arasında sazişin imzalanması İranın Azərbaycan da daxil olmaqla, region ölkələri ilə əməkdaşlığının inkişafına imkan yaradacaq"

"Xeberinfo.com":   Məlumata görə, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli deyib.
Deputat qeyd edib ki, sanksiyaların ləğv olunması ilk növbədə Azərbaycan və İran arasında ticarət əlaqələrinin inkişafına təsir edəcək: "Bu, xüsusilə, sərhəd rayonlarına təsir edəcək. İran iqtisadiyyatının açıq olması Azərbaycan şirkətlərinin bu ölkədə fəaliyyət göstərməsi ilə bağlı imkanları artıracaq”.
O bildirib ki, İranla "altılıq” ölkələri arasında sazişin imzalanması həm geosiyasi, həm də iqtisadi baxımdan bütün dünya üçün çox əhəmiyyətli məsələdir: "İranın dünya bazarına çıxışı bazarda neft həcmini bir neçə milyon ton artıracaq. Bu da OPEK siyasətində düzəlişin edilməsinə səbəb olacaq. Ancaq hesab edirəm ki, İran dərhal dünya bazarına külli miqdarda neft çıxarmayacaq. Tədricən İran neftinin həcminin artması, təbii ki, qiymətlərə təsir edəcək. Və nəhayət, tərəflər saziş şərtlərinə əməl etsələr, İran qazının Avropaya nəqli ilə bağlı aktuallıq artıracaq. Bu da öz növbəsində, Avropaya bir qaz mənbəsindən asılılığın aradan qaldırılmasına və qitəyə qaz tədarükünün diversifikasiyanın sürətləndirilməsinə yardım edəcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam