Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident İlham Əliyevin İrana olan səfəri başa çatıb

 

 

 

 Seyid Əli Xamenei Azərbaycan prezidentinin səfərinin iki ölkə  arasındakı əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini vurğulayıb.
     "xeberinfo.com": Seyid Əli Xamenei əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. İranın ali rəhbəri ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin tərəfdarı olduğunu bildirib. Seyid Əli Xamenei Azərbaycan prezidentinin böyük təcrübəyə malik olduğunu vurğulayıb və Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb. 
     Prezident İlham Əliyev ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, iki ölkə arasında tarixi, mədəni, dini köklərin əlaqələr üçün möhkəm zəmin yaratdığını bildirib. İlham Əliyev Azərbaycan ilə İranın beynəlxalq səviyyədə bir-birini dəstəklədiklərini vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi işində yaradılmış müştərək komissiyanın mühüm rol oynayacağını diqqətə çatdırıb.
    Azərbaycan prezidenti ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı Ermənistanın təcavüzü nəticəsində meydana gəlmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinin vacib olduğunu bildirib. Prezident İlham Əliyev münasibətlərin inkişafı üçün ölkələrin siyasi iradəyə malik olduğunu vurğulayaraq əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini söyləyib.
Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri başa çatıb və o, dünən axşam Bakıya qayıdıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam