Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Turizmin inkişafı ilə bağlı - yeni konsepsiya hazırlandı

Turizmin inkişafı ilə bağlı yeni konsepsiya hazırlandı
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü ilə Respublikada fəaliyyət göstərən aparıcı turizm qurumları Tərəfdaşlığının yaradılması və Assosiativ Memorandumun imzalanması çərçivəsində, təklif, tövsiyə və məsləhətləri ilə vahid platformadan çıxış edərək, turizm qurumlarının pandemiya və postpandemiya dövründəki fəaliyyətini müzakirə edərək, “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyasını hazırlayıb, təqdim edib.
Yenixeber.org: Karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillərdən bəhs edən konsepsiyada, vəziyyətdən çıxış yolları üçün konkret təkliflər göstərilir.

Konsepsiya Azərbaycanda 2025-ci ilə qədər daxili turizmin inkişafının strateji məqsəd və vəzifələrini müəyyən edir. Konsepsiya Azərbaycanın turizm potensialının qiymətləndirilməsinə əsaslanıb. Konsepsiya Respublikada turizm sahəsinin inkişafının hüquqi, təşkilatı və iqtisadi mühitinin yaranmasına istiqamətlənib. Konsepsiya, Azərbaycanda daxili turizmin inkişafını müəyyən edən sənəd olmaqla, gələcək planların, proqram və müxtəlif lahiyələrin həyata keçirilməsinə xidmət göstərə bilər.

“Biz nikbinik və əminik ki, Azərbaycanın tükənməz turizm potensialı, peşəkar turizm işçiləri, Azərbaycan turizmini bu çətin vəziyyətdən çıxaracaq və turizmi inkişaf etdirəcəkdir. Tərəfdaşlıq Memorandumuna qoşulan bütün turizm qurumları, daxili turizmin bərpası və inkişafı üçün konkret konsepsiya irəli sürür”, - bunu Azərbaycan Turizm Assosiasiyasınin rəhbəri Əhməd Qurbanov deyib.

Konsepsiya Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının, DAİR Hotellər və Restoranlar Assosiasiyasının, Ekskursiya - bələdçisi ” Klubunun, “ Kənd Yaşıl Turizminin İnkişafına Dəstək ” İctimai Birliyinin və “ İctimai iaşə sahəsində maarifləndirmə ” İctimai Birliyinin nümayəndələrindən ibarət ekspert qrupunun dəstəyi ilə hazırlanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam