Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Azərbaycanda hotellərlə bağlı yeni tələb

Azərbaycanda hotellərlə bağlı yeni tələb
"Yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinə əsasən, Azərbaycanda fəaliyyət göstərən hər bir hotel mütləq şəkildə ulduz kateqoriyasına malik olmalıdır".
Yenixeber.org: Bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasında çıxış edən Dövlət Turizm Agentliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib.

Onun sözlərinə görə, hotellərin ulduz alması üçün onlara müəyyən qədər vaxtın verilməsi nəzərdə tutulur:
"Hotellər fəaliyyətə başlayandan dərhal sonra yox, 6 ay ərzində müvafiq orqanlara müraciət edir. Ona göstərdiyi xidmətlərə uyğun gələn ulduz sertifikatı verilir. Hotel ulduz aldıqdan sonra ona əlavə olaraq 15 gün də vaxt veriləcək ki, bu ulduz barədə məlumatı turizm reyestrinə daxil edə bilsin".

DTA rəsmisi bildirib ki, hotellərə ulduz verilməsinin məcburiləşməsi turizm sənayesinin inkişafına töhfə verəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam