Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Bayramda -işıq problemi olmayacaq

Bayramda işıq problemi olmayacaq
Azərbaycan Respublikası Nazirlər kabinetinin Ramazan bayramı ilə əlaqədar müəyyən etdiyi 8 günlük qeyri-iş günləri enerji istehlakçılarının, habelə bayram yarmarkalarının keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görülüb.
Yenixeber.org: Bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəisi Vaqif Mustafayev deyib. Onun sözlərinə görə, qurumun Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib:

"Azərişıq" əməkdaşları koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edildiyi vaxtdan gücləndirilmiş iş rejimində çalışır. Qarşıdan gələn bayram günlərində də bu rejimdə fəaliyyətimiz davam edəcək. Baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.

Elektrik şəbəkələrinin normal iş rejimi təmin olunmaqla Bayram günlərində RETSİ-lər və rayon (şəhər) Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil edilib. İstehlakçılardan xahiş edirik ki, baş verə biləcək hər hansı kəsinti və qəza hallarını aradan qaldırmaq üçün 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzinə müraciət etsinlər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam