Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Ərdoğan- İlham Əliyevə təşəkkür etdi

Ərdoğan İlham Əliyevə təşəkkür etdi
Türkiyə, Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün istifadə edilən dəmir yolu Orta Asiyaya qədər uzadıla bilər.

Yenixeber.org: Bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, mövcud dəmir yolu xətti ilə gündəlik yük daşımasını 3 min 500 ton artırmaq üçün çalışılır.

Ərdoğan bu nəqliyyat koridoru ilə yüklərin daşınması prosesinin sadələşdirilməsi, müəyyən güzəştlər edilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. O, həmçinin Türk Şurası ticarət və nəqliyyat nazirlərinin də videokonfransla görüşünün keçirilməsini təklif edib.

Bundan əlavə, Ərdoğan Türk Şurasının fövqəladə Zirvə görüşünun keçirilməsinə görə Azərbaycan Prezidentİlham Əliyevə təşəkkür edib.

Qeyd edək ki, görüş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam