Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AŞPA-nın bütün iclasları təxirə salındı-koronavirusa görə

 

 

Avropa Şurasının yeni növ koronavirusun yayılmasına qarşı siyasətinə uyğun olaraq, Parlament Assambleyasının və ya onun yardımçı qurumlarının bütün iclasları mart ayının sonuna qədər təxirə salınıb.

Yenixeber.org: Bu barədə AŞPA-nın mətbuat xidmətindən məlumat veriblər.

Beləliklə, Assambleyanın hüquqi məsələlər (Paris, 10 mart), sosial məsələlər (Paris, 12 mart), mədəniyyət (Paris, 16 mart), miqrasiya (Paris, 19 mart), bərabərlik (Paris, 20 mart) və monitorinq (Ankara, 30-31 mart) komitələrinin iclasları ertələnib.

Həmçinin Parlament Assambleyasının üzvləri və əməkdaşlarının bütün adi səfərləri də təxirə salınıb.

“Bu qərar Assambleya üzvlərinin, dəvət olunan şəxslərin və katibliyin sağlamlığı və təhlükəsizliyini qorumaq, həmçinin Avropa Şurası, Fransa və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, koronavirusun daha da yayılmasının qarşısını almaq məqsədi daşıyır”, - məlumatda deyilir.

AŞPA-nın mətbuat xidmətindən bildirilib ki, hazırda Assambleyanın aprelin 20-dən 24-dək keçirilməsi planlaşdırılan növbəti plenar iclasının nə vaxt baş tutacağına dair qərar uyğun vaxtda qəbul ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam