Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Milli Məclisin deputatları- AŞPA-nın büro və komitə iclaslarında iştirak edirlər

Dekabrın 9-dan 13-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçiriləcək.

Yenixeber.org: Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edirlər.

İclaslarda 2020-ci ildə Parlament Assambleyasının fəaliyyət planı, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Azərbaycanda keçiriləcək parlament seçkiləri, Avropa Şurasının hüdudlarının dəqiqləşdirilməsi və gücləndirilməsi, İş yerlərində dini azadlığın qorunması, Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəsinin ilkin layihəsi, Seçki sistemində minimum standartların tətbiq olunması, Əlcəzair ilə parlament çərçivəsində dialoq və digər mövzularda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaqdır.

Deputatlar gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam