Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Xətai” stansiyası nə vaxt açılır?

Yenidənqurma işlərinin aparıldığı "Xətai" stansiyası iyunda istifadəyə veriləcək.

Yenixeber.org: Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanov bildirib ki, "Xətai" stansiyasında yenidənqurma işlərinə ötən il sentyabrın 27-də başlanılıb: "Bu stansiya buna qədər də bir neçə dəfə bağlanmışdı. Burada "Xətai-Cəfər Cabbarlı" mənzilində məkik hərəkət təşkil edildiyindən, qatarların hərəkəti sıx olmadığından, həm də havalandırma sistemi zəif olduğundan bu mənzildə tunellərin və "Xətai" stansiyasının infrastrukturu faktiki olaraq yararsız vəziyyətə düşmüşdü. Stansiyanın platformasını və baş stansiya yollarından birini 3 il əvvəl yenidən qurub sərnişinlərin istifadəsinə verdik. Hazırda digər baş stansiya yolu, yer səthində olan hissəsi, kommunikasiyaları yenidən qurulur. Təbii ki, 50 illik istismar müddətini başa vurmuş eskalatorlar da yeniləri ilə əvəzlənir. Burada da "Sahil"də olduğu kimi, sökülən 3 eskalatorun əvəzinə 4 müasir eskalator qurulur".

Baş mühəndis "Xətai"nin Bakı metrosunun ən dərin stansiyası olduğunu bildirib: "Stansiyanın eskalator lentinin uzunluğu 100 metrə yaxındır. Bunlarla yanaşı, "Xətai-Cəfər Cabbarlı" mənzili boyunca tunellərdə də infrastrukturun yenidən qurulması işləri aparılır. Stansiya bu ilin iyun ayında istifadəyə veriləcək".(trend.az)

AzNews.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam