Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Müdafiə naziri :Torpaqlarımızın azad edilməsi vacibdir

 

Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı müzakirə edib.

"Xeberinfo.com":Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə nazirinin müavini Hasan Yardımcının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Zakir Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir işğal edilmiş torpaqlarımızın azad edilməsinin bölgə üçün vacibliyini vurğulayıb.

H.Yardımcı Azərbaycana səfərdən məmnun qaldığını bildirərək, qarşılıqlı münasibətlərin möhkəmlənməsində bu cür səfərlərin rolu və əhəmiyyətindən danışıb.
Sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam