Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Ermənistan təhlükə yaradır"

 

 

   Avqustun 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Müdafiə naziri cənab Raymonds Veyonisi qəbul edib.
"Xeberinfo.com": Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, R.Veyonisin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ümumilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində R.Veyonisin rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayrağının dalğalandığı meydanda Latviyanın Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Latviyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb.
Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlığın həm NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda həyata keçirildiyini, onun dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.
Son dövrdə qoşunların təmas xəttində baş verən gərginliyə toxunan Müdafiə naziri Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb. 
Cənab R.Veyonis öz növbəsində dövlətlərimizin əlaqələrinin mehriban dostluq münasibətlərinə əsaslandığını və Latviyanın Avropada Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.
Sonra Azərbaycan-Latviya hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Latviya Müdafiə nazirinin Azərbaycana səfəri avqustun 11-dək davam edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam