Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Separatçılarla üz-üzə qalmışıq“

 

    Müdafiə naziri Zakir Həsənov serbiyalı həmkarını qəbul edib

 

 "xeberinfo.com": Azərbaycan Respublikasının Müdafiə naziri Serbiya Respublikasının müdafiə nazirini qəbul edib
Nazirliyin mətbuat xidmətindən Marka.az-a verilən məlumata görə, müdafiə naziri Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Serbiyanın müdafiə naziri Bratislav Qaşiçi qəbul edib.
B.Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra B.Qaşiçin Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayrağının dalğalandığı meydanda Serbiyanın Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, cari ilin fevral ayında Serbiyaya rəsmi səfəri zamanı aparılan danışıqların və keçirilən görüşlərin uğurla baş tutduğunu xatırlayıb, hərbi əməkdaşlığın tərəflər arasında imzalanan saziş əsasında həyata keçirildiyini və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.
Ölkələrimizin yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə danışan Müdafiə naziri dövlətlərimizin separatçılıqla üz-üzə qaldığını xüsusi vurğulayıb.
B.Qaşiç öz növbəsində ölkələrimiz arasında mühüm strateji əməkdaşlığa, dost və mehriban münasibətlərin mövcudluğuna toxunaraq Serbiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə tərəfdar olduğunu bildirib.
Sonra Azərbaycanla Serbiya arasında hərbi təhsil, hərbi texniki sahələrdə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Serbiya müdafiə nazirinin Azərbaycana səfəri avqustun 13-dək davam edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam