Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ və İran tezliklə danışıqlara gedə bilər

 

ABŞ və İran tezliklə danışıqlara gedə bilər
Yaxın zamanlarda ABŞ administrasiyasının nümayəndələri ilə İran rəhbərliyinin görüşü baş tuta bilər.

 Yenixeber.org: Bu barədə ABŞ prezidenti Donald Tramp Florida ştatının Tampa şəhərindəki mitinqdə çıxışı zamanı deyib. İranın nüvə proqramına dair hazırkı sazişin şərtlərinin Vaşinqtonu qane etmədiyini bir daha vurğulayan Tramp, problemin öz həllini tapacağına ümid etdiyini bildirib.
Onun fikrincə, sanksiyalar qarşısında Tehran yenidən danışıqlara getməyə razı olacaq.

“Ümid edirəm ki, İranla bağlı hər şey yaxşı olacaq. İndi onlar çoxlu çətinliklərlə üzləşiblər. Hiss edirəm ki, onlar tezliklə bizimlə danışacaqlar. Bəlkə də yox, amma bu da yaxşı olacaq”, – deyə Tramp bildirib.

Xatırladaq ki, 8 mayda ABŞ İranla nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam