Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran ABŞ-la danışıqlardan imtina etdi-Rəsmi

 

İran ABŞ-la danışıqlardan imtina etdi
İran Xarici İşlər Nazirliyi Vaşinqtonun Tehrana qarşı düşmən siyasət apardığını bəyan edərək, yaxın gələcəkdə ABŞ-la danışıqların aparılmasını istisna edib.
Yenixeber.org: "Fars” agentliyinə istinadən bildirir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi məlumat verib.

ABŞ-ın siyasəti hansısa qarşılıqlı fəaliyyət və danışıqlar üçün imkan vermir. Vaşinqton göstərdi ki, etibar olunmağı haqq etmir. Ola bilsin ki, ABŞ-ın bəzi nümayəndələri danışıqlara başlamaq istəklərini bildirirlər. Lakin hazırkı vəziyyəti və Vaşinqtonun davam edən düşmən siyasətini nəzərə alsaq, danışıqlar üçün ilkin şərait yoxdur”, - deyə Qasımi vurğulayıb.

Qeyd edək ki, 8 mayda ABŞ İranla nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək.

Vaşinqton İranın neft ixracından əldə etdiyi gəlirləri sıfıra endirmək üçün bütün müttəfiqlərindən İrandan neft idxalını dayandırmalarını da tələb edib. Əks-təqdirdə onlara qarşı daha ciddi sanksiyalar işə salacağı ilə hədələyib və heç bir müttəfiqinə güzəştə getməyəcəyini bildirib. Təzyiqlər nəticəsində Cənubi Koreya son 6 ildə ilk dəfə İrandan neft alışını dayandırıb.

ABŞ prezidenti Donald Tramp isə bəyan edib ki, İranla yeni və daha yaxşı nüvə müqaviləsi bağlamağa hazırdır. Lakin bunun üçün Tehran Vaşinqtonun tələblərini yerinə yetirməlidir. Bu tələblər isə ballistik raketlərin hazırlanmasını dayandırmaq,İranda həbsdə saxlanılan amerikalıları azadlığa buraxmaq, Suriyadan qoşunları çıxarmaq, Yaxın Şərq və ondan kənarda silahlı birləşmələr və terrorçuları dəstəkləməyə son qoymaqdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam