Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

Gömrük generalının bağ evinə 2 milyonluq təklifi

 

   "Xeberinfo.com": Bakı Baş Gömrük İdarəsinin rəisininin bağ evini almaq təklifini Rasim Daşdəmirov rədd edib. Ötən yazılarımızda qeyd etdiyimiz kimi, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov hazırda bir sıra biznes sahələrinə nəzarət edir. Son zamanlar bir sıra gömrük keçid məntəqələrində keçən yükə, eləcə də avtomobil və digər mallara görə tələb olunan «rüsum» nəzərəçarpacaq dərəcədə artırılıb. Bu barədə cumhuriyyet.az-ı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, məsələ ilə bağlı qərar birbaşa Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov tərəfindən verilib.Hazırda rüsumların təxminən, 35-40 faiz qaldırıldığını iddia edən mənbə hələ ki, Bakı Baş Gömrük İdarəsinin rəisi tərəfindən nə üçün, hansı əsasla bu cür göstərişin verildiyinin məlum olmadığını qeyd edir. Vüsal Novruzovun daha çox gəlir əldə etmək üçün müxtəlif yollara baş vurduğunu qeyd edən mənbənin bildirdiyinə görə, o, ara-sıra qonşu Gürcüstana baş çəkməyi də unutmur: «Gömrük sahəsində çalışan şəxslər iddia edirlər ki, Vüsal Novruzov Gürcüstanın paytaxtı Tiflisə mütəmadi səfərlər edir. Lakin bu işgüzar səfərlər deyil».Bakı Baş Gömrük İdarəsinin rəisi ilə bağlı cumhuriyyet.az-a daxil olan bilgilərdə o da qeyd olunur ki, V.Novruzov bir müddət öncə Novxanıda özünə əzəmətli bağ evi tikdirib: «Vüsal Novruzovun Novxanıda iki bağ evi var. Həmin bağ evlərinin arasında isə 1990-cı illərin əvvəllərində Gəncə şəhərinin icra başçısı vəzifəsində çalışmış Rasim Daşdəmirovun bağı yerləşir. İdarə rəisi həmin bağ evini almaq üçün 2 milyon manat təklif etsə də, Rasim Daşdəmirov irəli sürülən təkliflə razılaşmayıb. Qeyd edim ki, həmin ərazidə, yəni Vüsal Novruzovla yanaşı, daha bir neçə vəzifəli şəxsin villaları, bağ evləri var».cumhuriyyetaz. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam