Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Moskva-Bakı qatarının rəisindən qaçaqmal tutuldu

 

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları qaçaqmalçılıq hallarının qarşısını alıblar. Bu barədə  DGK-nin mətbuat mərkəzindən məlumat verilib

 

  "Xeberinfo.com": Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan istiqamətindən “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan vətəndaşı Həsənov Salman Filman oğlunun idarə etdiyi “Mercedes Benz Vito” markalı nəqliyyat vasitəsilə Rusiyaya gedən Rusiya Federasiyası vətəndaşları Aslanov Elizbar Maxiyatdinoviçin, Seidov Mirbaba Miralamoviçin, Qadjibalaev Eldar Alibalaeviçin və Azərbaycan vətəndaşı Həsənov Salman Filman oğlunun üzərinə gömrük əməkdaşları tərəfindən şəxsi yoxlama həyata keçirilib. Yoxlama zamanı M.Seidovun üzərindən 20 000 ABŞ dolları, E.Qadjibalaevin üzərindən 20 000 ABŞ dolları, E.Aslanovun üzərindən isə 16 400 ABŞ dolları aşkarlanaraq, gömrük nəzarətindən gizlədərək aparmaq istədikləri üçün protokol tərtib edilməklə götürülüb.

 

Daha bir qaçaqmalçılıq faktı isə Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda aşkarlanıb. Rusiya istiqamətindən “Yalama” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan 96 saylı “Moskva-Bakı” sərnişin qatarının 10-cu vaqonuna keçirilmiş gömrük baxışı zamanı qatar rəisi vəzifəsində çalışan Rusiya vətəndaşı Javoronkov İqor Yevgenyeviç tərəfindən radio-qovşağı quraşdırılmış qatar rəisinin xidməti otağında olan masanın arxa hissəsində xüsusi olaraq düzəldilmiş örtüyün arxasında, şitin içərisində gömrük nəzarətindən gizlədilmiş 980 qutu “Parliament Silver Blue”, 250 qutu “True”, 80 qutu “Parliament”, 20 qutu “Marlboro Seventy-Twos” markalı siqaretlər və 11 ədəd 0,5 litrlik “İvuşka Luks” araqları aşkar olunub. Hər iki faktla bağlı təhqiqat aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam