Vüsal Novruzov fövqəlnazirin qəzəbinə tuş gəldi
Son illər qalmaqallarla ölkə mətbuatını zəbt edən Vüsal Novruzovla bağlı iddialar səngimək bilmir.
Xeberinfo.com: Novruzovun növbəti qalmaqalı isə, Kəmaləddin Heydərovla aralarında baş verən skandal olub.
Beləki, mənbənin verdiyi məlumata görə, qalmaqala səbəb, Bakı Baş Gömrük İdarəsində qəflətən aparılan yoxlamalar olub. Mənbənin iddiasına görə, bu yoxlamalar Ziya Məmmədovla bağlı qalmaqaldan və Beynəlxalq Bank ətrafında baş verən olaylar zamanı gündəmə gəlib. Yoxlamanın yekunlarına əsasən isə bəlli olub ki, idarədən "ümumi kassa"ya ödəmələr real gəlirlərə eyni deyil. Daha doğrusu, ümumi kassaya ödənişlər xeyli azaldılıb və ya mənimsənilib.
İddiaya görə təftişin nəticələri dərhal YUXARIYA məruzə edilib və nəticədə Vüsal Novruzovun himayədarı Kəmaləddin Heydərov ciddi şəkildə son xəbərdarlıq alıb. Cənab Heydərov da öz növbəsində Vüsal Novruzovu lazımı yerə apartdıraraq, ondan izahat tələb edib. Novruzovun izahatı fövqəlnaziri qane etməyib və onu yanından qovub. Onun işdən kənarlaşdırılacağı iddia edilsədə hələki bu hal baş verməyib…
Əldə etdiyimiz məlumatlara görə, yoxlamanın nəticələri ilə Dövlət Gömrük Komitəsinin yuxarılara təqdim etdiyi hesabat da tutuşdurulub və çox ciddi uyğunsuzluqlar aşkarlanıb. Yuxarıların ilkin rəyi bundan ibarət olub ki, bu işlərin sorumlusu Kəmaləddin Heydərovdur. Özünə qarşı etimadsızlıq mühitinin yaranacağından ehtiyatlanan "fövqəlnazir" isə bu məsələdə heç bir rolu olmadığını və Vüsal Novruzovun ciddi şəkildə cəzalandıracağını yuxarıların diqqətinə çatdırıb.
Vüsal Novruzovu "FÖVQƏLNAZİR VURDU”: Ümumi kassadan yoxa çıxan milyonların GİZLİNLƏRİ onuda bildirək ki, Vüsal Novruzov son vaxtlara qədər Kəmaləddin Heydərovun ən yaxın və inanılmış adamlarından biri olub. Novruzov Bakı Gömrük idarəsinə rəhbərlik etməklə, gömrük sisteminin əhəmiyyətli kəsimini illərdir ki, nəzarət altında saxlayıb. Deyilənlərə görə, Vüsal Novruzova etimad o qədər yüksək olub ki, Kəmaləddin Heydərov şəxsi biznesinin də idarə edilməsini ona etibar edib. Kəmaləddin Heydərova məxsus "Gilan" Şirkətlər Qrupunun formalaşmasında Novruzovun xüsusi rolu olduğuda daxil olan məlumatlar sırasındadır. Xülasə, görünən odur ki, böyük pullara çıxış imkanlarına yaxın olanlar, sadiqlik anlayışına bir o qədərdə uzaq olurlar…
Xalqxeber.az