Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Nazir idarə rəisini işdən çıxardı

Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi Sialə Rüstəmova vəzifəsindən kənarlaşdırılıb.

Xeberinfo.com:  Məlumata görə, bu barədə sentyabrın 14-də Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt Şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətinə dair daxil olmuş şikayətlərlə əlaqədar keçirilən kollegiya iclasında qərar verilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhərində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin bir qismində baytarlıq nəzarəti zəif təşkil olunduğunu deyib.

İclasda bildirilib ki, nazirliyə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən narazılıqlar daxil olub. Həmçinin baytarlıq xidmətlərinin göstərilməsinə görə xidmət haqqının qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtlı-vaxtında mədaxil edilməsində nöqsanlara yol verilib. Bununla da ət kəsimi məntəqələrində baytarlıq nəzarətini lazımi səviyyədə təmin etmədiyinə və tabeliyindəki işçilərin işdə yol verdikləri nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görmədiyinə görə Sialə Rüstəmovanın bundan sonra Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsini icra etməsi məqsədəuyğun sayılmayıb və müddəti başa çatdığı nəzərə alınaraq kollegiyanın qərarına əsasən Sialə Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

İclasda həmçinin idarənin aparıcı baytar həkimi Emil Zinharovun tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilməsi barədə Sumqayıt Şəhər Baytarlıq İdarəsinə müvafiq tapşırıq verilib.

İclasda qəbul edilən digər qərarlara əsasən işdə yol verdiyi nöqsanlara görə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin 2 saylı Baytarlıq-sanitariya laboratoriyasının direktoru Əkrəm Ağayev tutduğu vəzifədən azad edilib, həmin Laboratoriyanın laborantı Sədulla Qurbanova isə şiddətli töhmət elan olunub.

Kollegiya iclasında son olaraq Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt Şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış ilkin materialların Sumqayıt Şəhər Prokurorluğuna göndərilməsi barədə müvafiq qərar qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam