Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Baytarlıq İdarəsinin milyonları-MƏNİMSƏMƏ

 

Baytarlıq İdarəsinin milyonları

Yenixeber.org: Kənd Təsərrüfatı Nazirliyində islahatlara start verildi. Saytımiza açıqlamasına görə nazirlikdə bir tərəfdən kadr islahatları, digər tərəfdən isə struktur dəyişiklikləri reallaşdırılacaq. Bu baxımdan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin də fəaliyyətinə də əl gəzdiriləcək. Xidmət  rəisi Azər Süleymanovun bu təşkilatı iflic hala salması, korrupsiya hallarının artması diqqətdən kənarda qalmayacaq. Tək bunu demək lazımdır ki, 64 rayon (şəhər) baytarlıq idarələri sözün həqiqi mənasında gəlir mənbəyinə çevrilib. Gəlin bəzi faktlara baxaq. Bu gün şəhərdə və bölgələrdə ət kəsimi qanunvericiliklə məhdudlaşdırılıb və normaya cavab verməyən ət kəsimi müəssisələrinin fəaliyyəti yasaqlanıb. Amma bu gün demək olar ki, hər küçədə heç bir normaya cavab verməyən müəssisələr fəaliyyət göstərir.Bunun üçün isə sadəcə olaraq baytarlıq idarələrinə ayda 10 manat “hörmət” etmək kifayətdir. Bundan başqa kəsilən iribuynuzlu heyvanlar üçün 5 manat pul da ödəmək şərtdir. Ümumi hesablıamalara görə bu gün büdcəyə daxil olmadan baytarlıq idarələri tərəfindən ümumilikdə hər ay 500 min manata qədər pul toplanılır. Bundan başqa bu gün bir çox kolbasa sexləri də baytarlıq idarələrinə maliyyə ödəmələri edilir. Nə zaman tələb olunan pul ödənilmirlərsə həmən müəssisədə yoxlama aparılır və mənşəyi məlum olmayan ət “tapılır”. Bu baxımdan maraqlı bir faktıda nəzərinizə çatdıraq. Bir müddət öncə Yasamal rayonu ərazisində ət kəsmə obyektlərinə qulağında birkalar olan qoyunlar gətirilib. Birkaların bir üzünd gürcü hərfləri olubsa, digər üzündə erməni yazıları aşkarlanıb. Məlum olub ki, Ermənistandan Gürcüstana gətirilən heyvanlar daha sonra Azərbaycana keçirilib. Amma baytarlıq idarələrinə edilən “hörmətdən” sonra bu heyvanların kəsilərək satılmasına qadağa qoyulmayıb. Görünür bu səbəbdən Azər Süleymanov dəbdəbəli villa həvəskarına çevrilib və bağ evidə daxil olmaqla daşınmaz əmlakınındəyəri milyonlarla ölçülür. Bu haqda araşdırmamızı nəzərinizə çatdıracağıq.(cia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam