Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qanunsuz bank xidməti aşkarlandı

 

Xeberinfo.com:  Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilmiş monitorinqlər nəticəsində “Parabank” ASC-nin Sumqayıt filialının nəzdində filialdan kənar ərazidə müvafiq icazəsi olmadan fəaliyyət göstərən struktur bölmə aşkar olunub və aparılmış yoxlamalar qeyri-qanuni bank xidmətlərinin göstərilməsi faktını təsbit edib.

 

Bu barədə Palatanın Mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda Palatanın cari fəaliyyəti ilə əlaqədar bir sıra məsələlər, o cümlədən bank sektorunda həyata keçirilən nəzarət tədbirləri müzakirə edilib.

Bildirilir ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Direktorlar Şurası “Parabank” ASC-nin Sumqayıt filialına bank fəaliyyətini həyata keçirməyə verilmiş icazənin ləğv edilməsi, 1 il müddətində “Parabank” ASC tərəfindən filial və şöbələrin açılmasının dayandırılması və Sumqayıt filialının inzibatçılarının tutduğu vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib.

İclasın davamında gündəlikdə duran bir sıra cari məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə vasitəçilərinə daxili nəzarət sistemlərinin gücləndirilməsi və təkmilləşdirilməsini tövsiyə edir.

Maliyyə bazarlarında monitorinqlər davam etdirilir və qanun pozuntusu hallar aşkar edilərsə müvafiq tədbirlər görüləcək.(Azvision.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam