Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Bank VTB (Azərbaycan)"-nın 6 filialı bağlandı

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən “Bank VTB (Azərbaycan)“ ASC-nin 6 filialının lisenziyaları ləğv edilmişdir.

Xeberinfo.com:   Bu barədə “Marja”ya Palatadan bildirilib.

İclasda, “Bank VTB (Azərbaycan)” ASC-nin “İçərişəhər”, “Həzi Aslanov”, “Əhmədli”, “Bakıxanov”, “28 May” və “Xırdalan” filiallarının icazələrinin ləğv edilməsinə dair müraciətinə baxılmışdır.

“Filialların bağlanmasına əsas səbəb “Bank VTB (Azərbaycan)” tərəfindən xərclərin optimallaşdırılması göstərilmişdir”, – məlumatda deyilir.

Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2.9-cu və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Bank VTB (Azərbaycan)”-nin “İçərişəhər” filialının 11.08.2014-cü il tarixli №162/10 saylı, “Həzi Aslanov” filialının 20.08.2013-cü il tarixli №162/5 saylı, “Əhmədli” filialının 27.11.2013-cü il tarixli №162/6 saylı, “Bakıxanov” filialının 21.07.2014-cü il tarixli №162/8 saylı, “28 May” filialının 03.10.2014-cü il tarixli №162/12 saylı və “Xırdalan” filialının 26.09.2014-cü il tarixli №162/11 saylı icazələrini ləğv etmişdir.

Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8 olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam