Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BANK RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜN DETALLARI

405850626

“Çıxış yolu medianın peşəkarlıq səviyyəsinin artırılması, əhalinin maarifləndirilməsi ola bilər”

Xeberinfo.com:   Xəbər verdiyimiz kimi dünən Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının bank rəhbərləri ilə görüşü keçirilmişdir.
Palatadan “Marja”ya bildirilib ki, görüşdə çıxış edən R. Aslanlı Azərbaycan iqtisadiyyatı və bank sektorundakı durum barədə məlumat verib. Həmçinin görüşdə həyata keçirilən nəzarət tədbirləri və yeni trendlər müzakirə edilib.

Görüşün sonunda Azərbaycanda fəaliyyət göstərən bankların səhmdarları və rəhbərləri onları narahat edən mövzularla bağlı suallar veriblər və qərara alınıb ki, bucür görüşlər mütəmadi şəkildə təşkil olunacaq.

BANKLARA TAPŞIRILIB Kİ,…

“Marja”nın bank dairələrindən aldığı məlumata görə, görüşdə bankların maliyyə hesabatlılığı geniş müzakirə olunub.  Banklara ciddi şəkildə tapşırılıb ki, hər bir bank bütün göstəriciləri vaxtında və düzgün şəkildə Palataya təqdim etməlidir. Həmçinin banklar saytlarında mütəmadi olaraq problemli kreditlər daxil bütün maliyyə hesabatlarını vaxtında açıqlamalıdırlar.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin lisenziyalarının ləğv edilməsinin səbəblərindən biri kimi “təhrif edilmiş hesabatları təqdim etdiklərini” göstərmişdi.

ƏHALİ, PULUNU ETİBAR ETDİYİ QURUMUN VƏZİYYƏTİNİ BİLMƏK İSTƏYİR

Bir sıra banklar devalvasiyalardan sonra öz maliyyə göstəricilərini ictimaiyyətə açıqlamırlar. Bu vəziyyət medianın işini çətinləşdirməklə yanaşı, əhalidə də şübhə yaradır. Bir sıra KİV maliyyə göstəricilərini açıqlamayan bankları “qeyri-şəffaf bank” adlandırır, bu da banklarda əmanəti olan əhalidə narahatçılıq doğurur. Banklar isə maliyyə hesabatlarını KİV-lərin azalan göstəricilərini kəskin şəkildə təqdim etdiklərinə görə açıqlamadıqlarını bildirirlər. Belə banklar iddia edirlər ki, saytlar bank haqqında mənfi xəbər yazdıqdan sonra əmanətçilər pullarını geri götürürlər. Çıxış yolu medianın peşəkarlıq səviyyəsinin artırılması,  əhalinin maarifləndirilməsi  ola bilər. Bu məsələdə daha çox məsafə qət edilməli, biznesin dalğalı yol  getdiyini qəbul edirək, azalan göstəricilərə də dözümlülük nümayiş etdirmək lazımdır. Maliyyə sektoru bazara uzunmüddətli baxaraq  şəffaflığı üstün tutmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam