Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR

bitmap-img6

 

 

      Xeberinfo.com:  03 iyun 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsinin bağlanış mərasimi keçirilib.

Layihə çərçivəsində ölkəmizi Avropa və dünya çempionatlarında təmsil edən və fəxri kürsünün ən yüksək pillələrinə sahib olaraq bayrağımızı yüksəklərə qaldıran idmançılarımızla 5 ali təhsil müəssisəsində gənclərlə görüşü baş tutub.

Bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov,  Kik-boks Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov, Karate idman növü üzrə dəfələrlə Dünya və Avropa çempionu Rafael Ağayev, Jiu- Jitsu idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov, Kik-boks idman növü üzrə Peşəkarlar arasında Dünya Kəmərinin sahibi Ramal Aslanov, Uşu-Sanda  idman növü üzrə Peşəkarlar arasında Dünya Kəmərinin sahibi Taleh İsayev, Universal idman növü üzrə Dünya və Avropa çempionu Nicat Əliyev və bir sıra media nümayəndələri iştirak edib.

Mərasimi “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyinin sədri Ağamir Ağamirov giriş sözü ilə açaraq layihə haqqında məlumat verib, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərinin əhəmiyyətini vurğulayaraq 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları haqqında gənclərə geniş məlumat vermişdir  sonda layihənin həyata keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə  və digər qurumlara öz minnətdarlığını bildirib.

Sonra  Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov əsası ulu öndər Heydər Əliyev  tərəfindən qoyulmuş, bu  gün cənab prezident İlham Əliyev  tərəfindən uğurla davam  etdirilən gənclər və idman siyasəti haqqında çıxış edərək, bu gün ölkəmizdə idmanın inkişafı üçün yaradılan geniş imkanlardan danışıb.

Daha sonra Kik-boks Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov, çıxış edərək Federasiyasının fəaliyyəti haqqında geniş məlumat vermiş və özünün idmanda əldə etdiyi təcrübəsini gənclərlə bölüşüb.

Çıxış edən  Karate idman növü üzrə 5 qat Dünya, 13 dəfə Avropa çempionu olmuş Rafael Ağayev keçirdiyi döyüşlər zamanı yaranan bir sıra maraqlı anlardan və beynəlxalq imdan yarışlarında  idmançılar üzərində qazandığı qələbədən danışaraq ölkəmizi təmsil etməkdən qürur duyduğunu bildirib.

Jiu- Jitsu idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov çıxış edərək bu kimi görüşlərin  keçirilməsi ilə gənclərin idmana olan marağının daha da artacaqını qeyd edib, ölkəmizdə idmançılara  göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlığını bildirib. 

Kik-boks idman növü üzrə Peşəkarlar arasında Dünya Kəmərinin sahibi Ramal Aslanov, Uşu-Sanda  idman növü üzrə Peşəkarlar arasında Dünya Kəmərinin sahibi Taleh İsayev, Universal idman növü üzrə Dünya və Avropa çempionu Nicat Əliyev idmançılara yaradılan əlverişli şəraitdən söz açaraq, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına hazırlıq məşq prosesindən danışdılar, idmançılarımızın İslam Həmrəylik Oyunlarında  yüksək nəticələr əldə edəcəklərindən gəncləri əmin  etdilər.

Sonra idmançılar gəncləri maraqlandıran sualları cavablandırıblar.  

Sonda bağlanış mərasimində iştirak  edən idmançılar layihə çərçivəsində keçirilmiş seminarlarda yaxından əməkdaşlıq etdiyinə görə fəxri fərmanlarla təltif olunmuşlar.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan idmanının tarixini idmançılarımızın əldə etdikləri uğurları əyani şəkildə göstərmək, gəncləri 2017 -ci  ildə keçiriləcək İslam Həmrəylik Oyunlarında idmançılara dəstək olmalarına, Vətənimizi və  bayrağımızı yüksəltməyə çağırmaq.Onlara idmanın əhəmiyyət və vacibliyinin çatdırılması,  sağlam həyat tərzinə dəvət edilməsi, ölkəmizdə idman və idmançılara yaradılan geniş imkanlardan gənclərin yararlanması, beynəlxalq idman tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasının və bunun həmin tədbirlərə ev sahibliyi edən ölkəmiz üçün önəminin aşılanmasıdır. 


 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam