Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nərimanovda tələbələrlə idmançıların növbəti görüşü keçirilib- FOTOLAR

 

  

“İdman tariximizdə növbəti qızıl mərhələ”  layihəsi çərçivəsində tələbələrlə idmançıların növbəti görüşü keçirilib   

Xeberinfo.com:   25 may 2016-cı il tarixdəAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində ölkəmizi Avropa və dünya çempionatlarında təmsil edən və fəxri kürsünün ən yüksək pillələrinə sahib olaraq bayrağımızı yüksəklərə qaldıran idmançılarımızla gənclərin növbəti görüşü Bakı Komputer Kollecində keçirilib.

    Tələbələrlə görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Vüsal Ömərov,  Jiu- Jitsu idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov və Jiu- Jitsu idman növü üzrə beynəlxalq turnirlərin  qalibi Murad İsmiyev iştirak edib.

    Mərasimi layihə rəhbəri  Cahandar Məmmədov giriş sözü ilə açaraq layihə haqqında məlumat verib, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərinin əhəmiyyətini vurğulayaraq 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları haqqında gənclərə geniş məlumat vermişdir  sonda layihənin həyata keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə  və digər qurumlara öz minnətdarlığını bildirib.

    Sonra Jui Jitse idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov çıxış edərək gənclərlə öz təcrübələrini paylaşdı və onlara asudə vaxtlarını səmərəli keçirmələrini, idmana maraqlı olmalarını tövsiyə edərək, beynəlxalq idman tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasını vurğuladı.

   Daha sonra Dünya və Avropa çempionları Anar Səfərov və Murad İsmiyev            2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına hazırlıq məşq prosesindən danışdılar, özlərinin və tələbələrinin İslam Həmrəylik Oyunlarında  yüksək nəticələr əldə edəcəklərindən gəncləri əmin  etdilər və idmanın inkişafı üçün yaradılan imkanlara, idmançılara  göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlığını bildirdilər.
         Sonda idmançılar gəncləri maraqlandıran sualları cavablandırıblar. 

     Qeyd edək ki, layihənin məqsədi Azərbaycan idmanının tarixini idmançılarımızın əldə etdikləri uğurları əyani şəkildə göstərmək, gəncləri 2017 -ci  ildə keçiriləcək İslam Həmrəylik Oyunlarında idmançılara dəstək olmalarına. Onlara idmanın əhəmiyyət və vacibliyinin çatdırılması,  sağlam həyat tərzinə dəvət edilməsi, ölkəmizdə idman və idmançılara yaradılan geniş imkanlardan gənclərin yararlanması, beynəlxalq idman tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasının və bunun həmin tədbirlərə ev sahibliyi edən ölkəmiz üçün önəminin aşılanmasıdır.

 

 







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam