Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Tələbələrin Dünya və Avropa çempionları ilə görüşü - FOTOLAR

 

    Xeberinfo.com:  26 may 2016-cı il tarixdəAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində ölkəmizi Avropa və dünya çempionatlarında təmsil edən və fəxri kürsünün ən yüksək pillələrinə sahib olaraq bayrağımızı yüksəklərə qaldıran idmançılarımızla gənclərin növbəti görüşü Azərbaycan Turizm və Menecment Universitetində keçirilib.

    Tələbələrlə görüşdə Jiu- Jitsu idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov,  Uşu Sanda idman növü üzrə dəfələrlə Dünya və Avropa çempionu, məşqçi Tural Cavadov və eyni titullara sahib Ruslan Nəzərov iştirak edib.

    Mərasimi “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyinin sədri Ağamir Ağamirov giriş sözü ilə açaraq layihə haqqında məlumat verib, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərinin əhəmiyyətini vurğulayaraq 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları haqqında gənclərə geniş məlumat vermişdir  sonda layihənin həyata keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə  və digər qurumlara öz minnətdarlığını bildirib.

    Sonra Jui Jitse idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov çıxış edərək gənclərlə öz təcrübələrini paylaşdı və onlara asudə vaxtlarını səmərəli keçirmələrini, idmana maraqlı olmalarını tövsiyə edərək, beynəlxalq idman tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasını vurğuladı.

Daha sonra Dünya və Avropa çempionları Tural Cavadov və Ruslan Nəzərov çıxış edərək 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına hazırlıq məşq prosesindən danışdılar, özlərinin və tələbələrinin İslam Həmrəylik Oyunlarında  yüksək nəticələr əldə edəcəklərindən gəncləri əmin  etdilər və idmanın inkişafı üçün yaradılan imkanlara, idmançılara  göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlığını bildirdilər.

Sonda idmançılar gəncləri maraqlandıran sualları cavablandırıblar. 

 

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan idmanının tarixini idmançılarımızın əldə etdikləri uğurları əyani şəkildə göstərmək, gəncləri 2017 -ci  ildə keçiriləcək İslam Həmrəylik Oyunlarında idmançılara dəstək olmalarına. Onlara idmanın əhəmiyyət və vacibliyinin çatdırılması,  sağlam həyat tərzinə dəvət edilməsi, ölkəmizdə idman və idmançılara yaradılan geniş imkanlardan gənclərin yararlanması, beynəlxalq idman tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasının və bunun həmin tədbirlərə ev sahibliyi edən ölkəmiz üçün önəminin aşılanmasıdır. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam