Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Həştərxanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub - FOTOLAR

 

29 dekabr 2015-ci il tarixində Həştərxan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.

Xeberinfo.com: Tədbirdə “Həştərxan Şəhər” administrasiyasının rəhbəri Oleq Polumordvinov, Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Denis Afanasyev, Həştərxan vilayəti administrasiyasının Daxili siyasət İdarəsinin rəisi Vyaçeslav Vinoqradov, Həştərxan şəhəri administrasiyasının rəhbərinin müavini Qennadiy Didenko, ÜAK Həştərxan bölməsinin sədri, Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Hüseynov, vilayətin milli-mədəni ictimai təşkilatlarının rəhbərləri, Azərbaycan diasporasının nümayəndələri və AMOR-un üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin onun adını daşıyan parkda ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə məlumat veriblər. Qeyd olunub ki, bu tarix Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun sərəncamı ilə 31 dekabr tarixi bütün Dünyada yaşayan azərbaycanlıların həmrəyliyi günü kimi qeyd olunur. Çıxış edənlər Heydər Əliyevin Azərbaycan xalqının mürəkkəb zamanlarda birləşərək çətinliklərin öhdəsindən gəlməsində əvəzsiz rolundan danışmışlar. Həmçinin Ulu Öndərin iki qonşu dövlət – Rusiya Federasiyası və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərinin inkişafı istiqamətində gördüyü işlər barədə də danışılıb.

Daha sonra tədbir təntənəli mərasim və şənliklə davam etmişdir.


 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam