Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Həştərxanda yerləşən Heydər Əliyev adına məktəbdə Son Zəng


 

Həştərxan şəhərində yerləşən Ulu öndər Heydər Əliyev adına 11 saylı məktəbdə Son Zənglə bağlı şənlik təşkil olunub. Bu il məktəbdən 20 nəfər 11-ci sinif və 60 nəfər 9-cu sinif şagirdi məzun olur.

"Xeberinfo.com":   Təntənəli düzülüş-şənlikdə “Həştərxan şəhər” administrasiyasının rəhbəri OleqPolumordvinov, Rusiya Federasiyasının Dövlət Dumasının deputatıLeonidOqul, Həştərxan şəhər administrasiyasının Elm və Təhsil İdarəsinin rəhbəri İnessaQorina, Ümumruisya Azərbaycanlıları Konqresinin(ÜAK) Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov, ÜAK Həştərxan regional bölməsinin sədr müavini, “Narimanovski” çörək zavodunun baş direktoru İrahidMirişov, “Azərbaycan” milli-mədəni cəmiyyətinin sədri Vahid Rəhimov, ictimaiyyət nümayəndələri, valideynlər, pedaqoji əmək veteranları, məktəb şagirdləri iştirak etmişlər.

OleqPolumordvinov öz çıxışında qeyd edib ki, Heydər Əliyev adına məktəb Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş məhsuldar fəaliyyətin parlaq nümunəsidir. Natiq şagirdlərə ali təhsil ocaqlarında da Həydər Əliyev adına məktəbin məzunu adını fəxrlə daşımağı arzuladı.

Təbrik nitqi ilə həmçinin Ədalət Hüseynov da çıxış etmişdir. O, məzunları Heydər Əliyev Fondu adından təbrik etmiş, onlara gələcəkdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kimi layiqli insan olmağı arzulamışdır. Natiq həmçinin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısıAbdin Fərzəliyevin məktəbin kollektivi və şagirdlərə rəsmi təbrikini çatdırmışdır.

 

Mərasimdən sonra 4-cu və 9-cu sinif şagirdləri müəllim və valideynlərlə birlikdə Heydər Əliyevin onun adını daşıyan parkdakı abidəsi önünə gül dəstələri qoymuşlar.







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam