Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif -YENİLƏNİB

 

Milli Məclisin deputatı Vüqar Bayramov Ombudsman institutuna əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edib. 

Yenixeber.org-un məlumatına görə, deputat parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib ki, məsələ ilə əlaqəli bir çox ölkələrin təcrübəsinə nəzər yetirib. 

Onun sözlərinə görə, apardığı araşdırmalarla həmin ölkələrdə Ombudsman institutu bir çox sahədə illik hesabat hazırlayır: “Həmin hesabatlardan biri də əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlıdır. Çünki çox vacibdir ki, Ombudsman instututu tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlasın. Bu da inkluzivlik baxımından çox önəmlidir, Azərbaycan inklüziv inkişafı ilə seçilən ölkələrdəndir. Dövlət başçısı İlham Əliyev də çıxışında dəfələrlə inkluziv inkişafın ölkəmiz üçün prioritet olduğunu qeyd edib”.

***

Deputat Jalə Əliyeva da məsələyə münasibət bildirib: “Hər birimizə məlumdur ki, Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluqlar və problemlər var.

Baxmayaraq ki, bu sahədə dövlətin həyata keçirdiyi işlər sahəsində çox böyük uğurlar əldə etmişik, amma hələ də bu məsələlərlə bağlı hər birimizə onlarla məktub daxil olur. Təklif edirəm ki, bu qəbildən olan problemlər Ombudsman institutu tərəfində nəzarətə götürülsün”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam