Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Ümummilli lider Həştərxanda anıldı - FOTOLAR


 

Bu gün Həştərxan şəhərində Heydər Əliyev adına məktəbdəAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib.

Xeberinfo.com: Tədbirdə Həştərxan vilayətində Azərbaycan diasporunun rəhbəri Ədalət Hüseynov, "LUKOIL-Nizhnevoljskneft" MMC-nin direktorunun ümumi məsələlər üzrə baş müavini, Həştərxan vilayəti Dumasının deputatı Gennadiy Ordenov, Həştərxan Vilayəti Administrasiyasının Daxili Siyasət İdarəsinin rəis müavini Larisa Yeldışeva, Həştərxan şəhər Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi İrina Kazantseva-İvanova, regional QHT-lər, Azərbaycan diasporasının nümayəndələri, məktəbin direktoru Tatyana Tixomirova, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşlar.

Tatyana Tixomirovatədbir iştirakçılarına Heydər Əliyevin həyat və dövlət fəaliyyəti haqqında məlumat verib. Tədbirdə məktəbin məzunu tərəfindən yaradılmış və Azərbaycan xalqının böyük oğlunun həyat yolundan bəhs edən "Heydər Əliyev" filmi nümayiş olundu.

Gennadiy Ordenov çıxışında Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verən görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan məktəb haqqında təəssüratlarını bölüşüb.

Artıq beşinci ildir ki,ənənəyə uyğun olaraq məktəbin təhsil və idmanda fərqlənən şagirdlərinə və müəllimlərə Heydər Əliyev Fondunun mükafatları təqdim olunub. Mükafatları Larisa Yeldışeva və GennadiyOrdenov təqdim ediblər.

"Kazaçok" klubunun üzvləri tədbir iştirakçılarına musiqili hədiyyə təqdim etdilər.

 

Tədbirin sonunda diaspor rəhbəri Ədalət Hüseynov çıxış edərək Həştərxan vilayətində Heydər Əliyev Fondunun fəaliyyətinin Azərbaycan və Rusiya arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam