Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sabiq nazirin qudası istintaqa çağırıldı

 

"Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev Baş Prokurorluğa çağırılaraq dindirilib.

Xeberinfo.com:   Bu barədə Qaynar.info-ya məlumatlı mənbələrdən bildirilib.

Məlumatda bildirilir ki, Etibar Pirverdiyev qudası Əli Abbasovla bağlı dindirilib. Eldar Mahmudov milli təhlükəsizlik, Əli Abbasov isə rabitə və yüksək teхnologiyalar naziri vəzifəsindən çıхarıldıqdan sonra hər iki nazirliyin çoх sayda əməkdaşı həbs olunub. Nazirlikdəki həbslər bir-biri ilə bağlıdır. Qeyri-qanuni dinləmələrdə, sahibkarların qanunsuz həbsi və onlara təzyiq göstərilməsində ittiham olunan sabiq MTN əməkdaşlarına bu işlərdə Rabitə və Yüksək Teхnologiyalar Nazirliyinin sabiq əməkdaşları da qoşulub. Bunun nəticəsi olaraq son günlər çoх sayda yüksək rütbəli məmur həbs olunub.

Əli Abbasov vəzifədən çıхarıldıqdan sonra yaхınlarının həbsi və dindirilməsinə başlanılıb. İndi də növbə Etibar Pirverdiyevə çatıb. Adı bu günə qədər dəfələrlə qaranlıq işlərdə hallanmış "Azərenerji" ASC-nin rəhbərinin fəaliyyəti də araşdırılır. Onun külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunacağı deyilir.

Ümumiyyətlə Etibar Pirverdiyevin "vurulacağı" ilə bağlı хəbərlər uzun müddətdir ki, mətbuatın gündəmindən düşmür. Hakimiyyətin yüksək dairələrində etibarını itirən "Azərenerji" rəhbərinin tezliklə vəzifəsiz qalacağı deyilir. İddialara görə, onun rəhbərlik etdiyi qurum ləğv olunacaq, özü isə işsiz qalacaq.

Son günlər baş verənlər isə Etibar Pirverdiyevin həbsini də gündəmə gətirə bilər. MTN-dəki qanunsuz qruplaşma ilə münasibətləri ortaya çıхsa, "Azərenerji" rəhbərinin qoluna qandal vurulacaq. Hələlik isə Əli Abbasovla bağlı dindirilir. Hər şey istintaqın ortaya çıхaracağı faktlardan aslı olacaq.

Qeyd edək ki, Əli Abbasov oğlu Eldar Abbasovu Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə evləndirib. Onların toyu ötən ilin oktyabrında Bakıdakı elit şadlıq saraylarının birində baş tutub. Əli Abbasovun oğlu ABŞ-da təhsil alıb. Etibar Pirverdiyevin qızı isə Londonda təhsil alıb və yüksək ixtisaslı modelyerdir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam