Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli Abbasov Baş Prokurorluğa çağırılıb dindirildi

Dünən ölkə mətbuatında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifədən azad edilməsi barədə məlumatlar yayıldı.

"Xeberinfo.com":   Lakin bu xəbər gün ərzində öz rəsmi təsdiqini tapmadı. Hər halda rəsmi KİV-lərdə nazirin işdən azad olunmasına dair müvafiq prezident sərəncamını görə bilmədik.

Nazir Ə.Abbasovun işdən çıxarılması barədəki şayiələrin belə sürətlə yayılmasına rəvac verən səbəblərə gəlincə isə belə səbəblər var. Məsələ burasındadır ki, bu günlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək rütbəli əməkdaşları, o cümlədən nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi”  İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov həbs olunublar. Bu məmurların həbsi MTN-in sabiq rəhbəri Eldar Mahmudov ətrafındakı qalmaqal çərçivəsində həyata keçirilib.

Virtualaz.org saytının hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, rabitə naziri Əli Abbasov da bu həbslərlə bağlı dindirilib. Nazir dünən - oktyabrın 29-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb və Baş Prokurorluq əməkdaşları tərəfindən bir neçə saat ərzində sorğu-sual olunub.

Məlumata görə, Əli Abbasov bu qalmaqallı işə şahid kimi cəlb olunub və rəhbərlik etdiyi nazirliyin əməkdaşlarının həbsi ilə bağlı istintaq edilib.

Virtualaz.org saytı onu da dəqiqləşdirə bilib ki, nazir Əli Abbasov müstəntiqlərin əsasən Vidadi Zeynalovun istintaqa verdiyi ifadələrlə bağlı suallarını cavablandırıb. İlkin məlumatlara görə, nazirliyin keçmiş Aparat rəhbəri V.Zeynalov nazir Ə.Abbasovun əleyhinə ifadə verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam