Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Müxalifət iqtidarla yeni dialoq tələb edir

 

Prezident Adminsitrasiyası nümayəndələrinin siyasi partiya rəhbərləri ilə növbəti görüşünün nə vaxt keçiriləcəyi hələ bəlli deyil.

"Xeberinfo.com":  Fevralın 12-də Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə keçirilən görüşdə PA-nın təşkilatçılığı ilə hər iki aydan bir görüşlərin keçirilməsi razılaşdırılıb. Buna baxmayaraq, hələ görüşün keçiriləcəyi ilə bağlı siyasi partiyalara məlumat verilməyib. Bu barədə Xalq Partiyasının sədri Pənah Hüseyn "Turan"-ın sualının cavabında bildirib.

Onun sözlərinə görə, 8 siyasi partiya apreldə keçirilməsi nəzərdə tutulan görüşdə müzakirə ediləcək məsələlərlə bağlı Prezident Administrasiyasına təkliflərini göndərib.

“Biz bu görüşdə 2015-ci il parlament seçkiləri ilə bağlı seçki islahatı, o cümlədən proporsional seçki sisteminin bərpa olunması, “Seçki Məcəlləsi”nə dəyişikliklər, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi və siyasi məhbus məsələlərinin müzakirəsi ilə bağlı təkliflər vermişik”, - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 12-də Prezident Administrasiyası tərəfindən elan edilən iki aylıq vaxt bitir. Bununla belə, PA-dan görüşün baş tutub-tutmayacağı ilə bağlı şərh almaq mümkün olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam