Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Müxalifətlə dialoq olacaq“

 

“Hazırda iqtidar-müxalifət dialoqu çərçivəsində növbəti görüş üçün hazırlıq işləri aparılır, müəyyən sənədlər hazırlanır”

"Xeberinfo.com":  Məlumata görə, bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. 
YAP təmsilçisinin fikrincə, iqtidarla müxalifət nümayəndələrinin sayca üçüncü görüşü üçün təkliflər hazırlanır.
“Bu təkliflər əsasında görüş olacaq. Hər bir siyasi partiya öz təklifini göndərib, onların arasında ən aktual olan məsələlər görüşdə müzakirə olunacaq. Görüşün vaxtı dəqiq müəyyənləşməyib”.
Dialoqun bu ay baş tutub-tutmayacağına gəlincə, Siyavuş Novruzov aprel ayının hələ bitmədiyini deməklə kifayətlənib. 
Qeyd edək ki, müxalifət partiya sədrləri ilə Prezident Administrasiyasının nümayəndəsi Əli Həsənov arasında sonuncu görüş fevralın 12-də baş tutub. Görüşdə dialoqun davam etdirilməsi və hər iki aydan bir keçirilməsi barədə qərar qəbul olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam