Redaktor seçimi
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Günün xəbəri

Siyavuş Novruzovun dedikləri uydurmadır?

 

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov 17 siyasi partiyanın PA şöbə müdiri Əli Həsənovla görüşündə Müsavatın da razılıq verdiyini deyib. 

 

"Xeberinfo.com":  Məlumata görə,S.Novruzov bildirib ki, bu görüş barədə əvvəlcədən Arif Hacılı ilə razılıq əldə edilib, sonra isə Hacılı görüşdə iştirak etməkdən imtina edib.

Müsavat Partiyası başqanı Arif Hacılı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu görüş barədə hakimiyyətlə heç bir müzakirə aparmayıb: ““Ola bilər kimsə onlara yanlış məlumat verib. Lakin 4 siyasi partiya Əli Həsənovla görüşmək barədə təşəbbüs irəli sürərkən mən Müsavat partiyasının bu prosesdə iştirak etmədiyini əvvəlcədən bildirmişəm və sonadək bu mövqeyimdə qalmışam. Müsavat Partiyasının bu prosesdə iştirak etməməsinin əsas səbəbi isə görüşdə müzakirə olunacaq məsələlərin əvvəlcədən müəyyənləşdirilməməsi, görüşdə iştirak formatının bəlli olmaması olub. Çünki əvvəlcədən müəyyənləşdirilməyən gündəliklə keçirilən və dəvət olunma prinsipləri bəlli olmadan toplanan siyasi partiya nümayəndələrinin iştirakı ilə keçirilən görüşün hər hansı nəticəsi ola bilməz. Hər hansı bir tərəf bu görüşü iqtidar-müxalifət dialoqu adlandırmır. Mən Əli Həsənovun da, görüşdə iştirak edən digər siyasi partiya nümayəndələrinin də açıqlamaları ilə tanışam. Sadəcə olaraq ölkədə fəaliyyət göstərən 17 siyasi partiya nümayəndəsinin Əli Həsənovla görüşü idi. Görüşün müsbət nəticələrinin olacağına da inanmıram”.

A.Hacılı bir neçə məsələ ətrafında iqtidarla müzakirələrə hazır olduqlarını deyib: “Azərbayan hakimiyyəti müxalifətlə real dialoqa hazırdısa. Belə bir dialoqun mövzusunun və bu mövzu ətrafında müzakirə aparacaq siyasi qüvvələrin formatını əvvəlcədən bizimlə razılaşdıracaqsa, biz Azərbaycanın ümumilli məsələləri ilə əlaqədar müzakirələrə hazırıq. Bunu da həmişə bildirmişik. Biz hesab edirik ki, müzakirə olunacaq məsələlər çoxdur. Azərbaycanda Qarabağ kimi ciddi bir problem mövcudur ki, bu məsələdə ümumilli mövqenin müəyyənləşməsi zəruridir. Regionda baş verən proseslər, Rusiya ilə qərb arasında “soyuq müharibə” elementlərinin ortaya çıxması, Rusiya qarşı tətbiq edilən anksiyalarla əlaqədar baş verən iqtisadi böhran şəraiti, Azərbaycanda siyasi məhbusların mövcudluğu, demokratik islahatların aparılması zərurəti və digər məsələlər ətrafında müzakirə aparmaq zəruridir. Bu zərurət hakimiyyət tərəfindən qəbul ediləcəksə və siyasi mövqeyi bəlli olmayan və ya hakimiyyətin siyasi kursunu dəstəkləyən partiyaları toplayıb iqtidar-müxalifət dialoqu adlandırılacaqsa, səmərəli nəticələrin olması qeyri-mümkündür”.

Müsavat başqanı Yap funksionerinin dediklərini təkizb edib: “Mən heç bir müzakirədə heç vaxt iştirak etməmişəm. Sadəcə olaraq Pənah Hüseyn tərəfindən belə bir təşəbbüs irəli sürülmüşdü. Mənə də bu barədə məlumat vermişdilər. Bu prosesdə Müsavat Partiyasının iştirak etməyəcəyini bildirmişəm. Görüş barədə hakimiyyətlə kimlərin müzakirə aparmasının Müsavat Partiyasına heç bir aidiyyatı yoxdur. Əvvəlcədən Müsavat Partiyası bu prosesdə iştirak etməyib. Siyavuş Novruzovun dedikləri gülünc və uydurmadır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam