Bu il ali məktəblərə qəbul üzrə IV ixtisas qrupunda plan yerləri azaldılıb və dəyişikliklər edilib.

Yenixeber.org: Bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

Təhsil eksperti deyib ki, bu il IV ixtisas qrupu üzrə  yeni ixtisaslar da yaranıb:

1. Bitki mühafizəsi
2. Bağcılıq və tərəvəzçilik

K. Əsədov həmçinin IV ixtisas qrupu üzrə plan yerlərinin kəskin şəkildə azaldığını qeyd edib.

1. Müalicə işi: 460 yer (2017-də 585 yer idi), 125 yer azalıb. Təhsilhaqqı 4500 manat (2017-də 3000 AZN idi).
2. Stomotologiya: 15 yer (2017-də 85 yer idi), 70 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi).
3. Tibbi profilaktika: 35 yer (2017-də 65 yer idi), 30 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi).
4. Əczaçılıq: 35 yer (2017-də 60 yer idi), 25 yer azalıb. Təhsilhaqqı 4000 manat (2017-də 3000 AZN idi).