Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var

 Azərbaycanda ixtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var

    Yenixeber.org:  Bu, Dövlət İmtahan Mərkəzinin dərc etdirdiyi “Abituriyent” jurnalının 12-ci sayında əksini tapıb
Məlumata görə, V qrupda ərizələrin, II qrupda isə plan yerlərinin nisbi çəkisi böyükdür.
Ötən il I, II, III və IV ixtisas qruplarında müsabiqə vəziyyəti 2016-cı ilə nəzərən zəifləyib. Bunun əsas səbəbi bu ixtisas qruplarında qəbul planının artması və ərizə verənlərin azalmasıdır.
V ixtisas qrupuna daxil olan ixtisaslar üzrə müsabiqə vəziyyətinin ötən ilə nəzərən yüksək olması həmin ildə bu qrupa ərizə verənlərin (qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçənlərin) sayının kəskin artması ilə əlaqədardır. Buna I–IV qruplardan hər hansı birinə ərizə verən abituriyentlərə həm də V qrupa ərizə vermək imkanının yaradılması təsir edib. Ötən il bu imkandan 31319 abituriyent yararlanıb. 2016-cı ildə bu göstərici 12774-ə bərabər idi.
Məlumata görə, abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq üçün öncə V qrupa ərizə verməli və qabiliyyət imtahanı vermək üçün qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçməlidirlər. Bu cür qeydiyyatdan keçən abituriyentlərin sayı çox olsa da, qabiliyyət imtahanında iştirak edən abituriyentlərin sayı qeydiyyatdan keçənlərin sayından az olub.
Bildirilib ki, hazırlıq səviyyəsi o qədər də yüksək olmayan abituriyentlər ali təhsil almaq imkanı əldə ediblər: "Bu baxımdan, gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, perspektivlər müəyyən olunmalı, bir sözlə, uğurlu qəbul planı siyasəti aparılmalıdır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam