Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bəzi ali məktəblərə tələbə qəbulu aparılmayacaq

 

Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb, müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb
"Xeberinfo.com":    Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın qərarı ilə 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat, magistratura, rezidentura səviyyələrinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planları təsdiq edilib.
 
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılaraq 39 497 yer (onlardan 11 799 dövlət sifarişli) müəyyən olunub. Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb, bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb.
 
Dövlət sifarişi üzrə plan yerləri iqtisadiyyat və idarəetmə, humanitar və sosial, səhiyyə, rifah və xidmət ixtisas qruplarına daxil olan ixtisaslar üzrə azaldılıb, həmin yerlərin hesabına təhsil, texniki və texnoloji ixtisaslarına dövlət sifarişi yerləri artırılıb.
 
Özəl ali təhsil müəssisələrinə tələbə qəbulu planı keçən ilə nisbətən 6,1 faiz artırılaraq 6 549 yer planlaşdırılıb. Bakı Asiya Universitetinin müraciətini nəzərə alaraq, bu ali təhsil müəssisəsinə qəbul planlaşdırılmayıb. Eyni zamanda, Azərbaycan Müəllimlər İnstitutunun müraciətinə əsasən, Qazax və Zaqatala filiallarına da bu il qəbul aparılmayacaq.
 
Müzakirələr zamanı komissiyanın üzvləri Təhsil Nazirliyinin təklifini qəbul edərək, Geologiya (300 bal), Kompüter elmləri (300 bal), Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi (250 bal), İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (250 bal), İnşaat mühəndisliyi (250 bal), Nəqliyyat tikintisi mühəndisliyi (250 bal) ixtisasları üzrə müsabiqəyə ümumi balı yuxarıda qeyd olunan baldan aşağı olmayan abituriyentlərin buraxılmasını qərara alıb. Növbəti illərdə belə ixtisasların siyahısı daha da artacaq.
 
Ali təhsil müəssisələrində bakalavr buraxılışı olmayan ixtisaslar üzrə magistraturaya plan yerləri ayrılmayıb, magistraturaya qəbul planı əvvəlki tədris ilinə nisbətən 167 yer artırılaraq 6 492 yer (onlardan 2 522 dövlət sifarişli) nəzərdə tutulub. Orta ixtisas təhsili müəssisələrinə qəbul planı 15 061 yer müəyyən olunub.
 
Komissiyanın iclasında növbəti ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən sınaq imtahanların nəticələrinin Təhsil Nazirliyinə əvvəlcədən təqdim edilməsi, bunun əsasında növbəti pillədə təhsilini davam etdirəcək təhsilalanların proqnozunun müəyyənləşdirilməsi və tələbə qəbulu planlarının tərtib olunması, həmçinin, qəbul imtahanların nəticələrinin təhlilinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyi ilə birgə aparması və ictimaiyyətə açıqlanması məsələləri müzakirə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam