Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Reket” KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub

“Reket” KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub

 

Azərbaycan Mətbuat Şurası adları qurumun “qara siyahı”sına daxil edilmiş mətbuat orqanları və internet saytları ilə bağlı müvafiq dövlət orqanlarına müraciət ünvanlayıb

 

Yenixeber.org: Mətbuat Şurasından verilən məlumata görə, müraciətdə bildirilir ki, “reket” fəaliyyəti ilə məşğul olan KİV-lərlə bağlı MŞ-nin həyata keçirdiyi məqsədyönlü tədbirlər və əldə edilən nəticələrə baxmayaraq, ölkənin informasiya məkanında hələ də sui-istifadə halları qalmaqdadır:

“Şura bu tipli neqativ halları, konkret olaraq cəmiyyətin müxtəlif təbəqələrinin, ayrı-ayrı vətəndaşların, biznes subyektlərinin, dövlət orqanları nümayəndələrinin haqlı narazılığına səbəb olmuş KİV-lərin fəaliyyətini daim nəzarətdə saxlayır, onların barəsində daxil olmuş müraciətləri ətraflı və obyektiv şəkildə araşdırır və müvafiq qərarlar qəbul edir. Bununla yanaşı etiraf edilməlidir ki, peşə prinsiplərinə laqeyd yanaşan, qanunun tələblərini pozan, müvafiq tövsiyə və iradlara məhəl qoymayan KİV-lərə bağlı qəbul olunmuş qərarlar ictimai qınaq xarakteri daşıdığına görə, bir çox hallarda gözlənilən nəticəni vermir”. 

Mətbuat Şurasının İdarə Heyəti yaranmış vəziyyəti müzakirə edərək, barəsində qərar qəbul olunmuş və adları “qara siyahı”ya daxil edilmiş KİV-lərlə bağlı tədbir görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam