Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Əflatun Amaşov “reket”lərdən şikayətləndi- "Mətbuat Şurasının səlahiyyəti artırılsa..."

 

 

“Bildiyimiz kimi, Azərbaycanda medianın özünütənzimləmə orqanı kimi Azərbaycan Mətbuat Şurası fəaliyyət göstərir. Qurumun əsas missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir. İl ərzində Şuraya təxminən 400-450 şikayət daxil olur. Bununla bağlı qərarlar çıxarılır. Qərarlar ictimai qınağa əsaslanır. Orada heç bir hüquqi məsuliyyət nəzərdə tutulmur”

 

Yenixeber.org: Bu fikirləri Milli Məclisin iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Şura sədrinin sözlərinə görə, bu, bir tərəfdən çox yaxşıdır ki, media ilə bağlı məsələlər birbaşa media müstəvisində araşdırılır: “Mətbuat Şurası yaranmazdan öncə məhkəmələrdə kütləvi informasiya vasitələrindən çoxsaylı şikayətlərə baxılırdı. Bu, məhkəmələr üzərinə əlavə yük idi. Üstəlik, media orqanları da saysız-hesabsız məhkəmə qərarları ilə yüklənirdilər. Mətbuat Şurası bunun qarşısını aldı.

Hörmətli deputatlar, fəxrlə demək olar ki, bu gün Azərbaycan mediası peşəkar mediadır, bizim elə hazırlıqlı jurnalistlərimiz var ki, dünyanın istənilən media qurumunda bərabər səviyyədə çalışa bilərlər. Mediamız həm də vətənpərvərdir, millidir. Ümummilli maraqlar naminə siyasi yönlərindən asılı olmayaraq vahid mövqedə birləşə bilir.

Dövlətimiz mediamızın inkişafı, jurnalistlərimizin sosial problemlərinin həlli üçün hər şey edir. Bir neçə gün əvvəl KİV nümayəndələri üçün tikilmiş ikinci binada yaşayacaq jurnalistlərə mənzillərin açarları təqdim olundu. Üçüncü binanın əsası qoyulub. Fürsətdən istifadə edib Azərbaycan jurnalistlərinin təşəkkürlərini cənab prezidentə çatdırmaq istəyirəm”.

Ə.Amaşov ardınca bildirdi ki, lakin hazırda KİV müstəvisində özünü media kimi təqdim etməyə çalışan, amma heç bir qanunun, peşə davranışı qaydasının tələblərinə məhəl qoymayan, bir sözlə, “reketçiliklə” məşğul olan media vasitələrimiz az deyil: “Onlar internetin verdiyi imkanlardan yararlanaraq saylarını, qazanc yollarını daha da “təkmilləşdirirlər”. Çox təəssüf ki, kimlərdənsə bu və ya digər formada dəstək də alırlar. Açıq deyirəm, onların məqsədi heç bir əsas olmadan ayrı-ayrı vətəndaşlara – ziyalılara, iş adamlarına, məmurlara böhtan atmaq, qorxutmaq, bunların müqabilində maddi baxımdan nələrəsə nail olmaqdır. Bu hal geniş yayılib və təəssüflə bildirirəm ki, hüquq-mühafizə orqanları da baş verənlərdən xəbərsiz deyillər. Ancaq Mətbuat Şurası təşkilati-hüquqi forma baxımından ictimai təşkilatdır. Bir çox hallarda isə ictimai qınaq müstəvisindəki fəaliyyət yetərsiz təsir bağışlayır. Buna görə də Mətbuat Şurasının hüquqi statusuna yenidən nəzər salınmasını təklif edirəm. Belə düşünürəm ki, Şuranın hüquqi statusu dəyişsə, qurum haqqında ayrıca qanun qəbul edilsə, biz həm ictimaiyyətin, həm də medianın maraqlarını daha çox balanslaşdıra, uzlaşdıra bilərik. İctimaiyyət “reket” yönlü mediadan narazıdır və o istəyir ki, media məkanında sui-istifadələr olmasın. Media özü də maraqlıdır ki, onun adından sui-istifadə hallarına münasibətdə adekvat ölçü tədbiri götürülsün, media nüfuzuna xələl gətirən ünsürlərdən azad olsun”.

MŞ sədri qeyd etdi ki, biz ümumən media azadlığı məsələsini mütləq qaydada nəzərə almalıyıq: “Elə həssas yanaşılmalıdır ki, həm azadlıq məhdudlaşmasın, həm də azadlığın məhdudlaşdırıldığına dair hansısa şübhələr yaranmasın. Bunun yolu isə Mətbuat Şurasının fəaliyyət formasında hüquqi təkmilləşdirmə işinin aparılmasından keçir. Əgər Şura media müstəvisindəki problemlərin məhkəməyəqədərki həlli ilə məşğuldursa, qurum nəyə görə tənbeh tədbiri kimi peşə prinsiplərini əməl etməyən hər hansı reket yönlü media orqanının fəaliyyətinin müvəqqəti dayandırılması barədə rəy çıxara bilməsin?”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam