Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mühacir həyat sürən Rəsul Quliyevə AÇIQ MƏKTUB

 

 

 "Xeberinfo.com":   Rəsul bəy! “Üçüncü dünya savaşı olmayacaq” adında publisistik məqaləm “Xəbərinfo.com” saytı vasitəsilə 30 mart 2015-ci il tarixdə yayımlanandan sora 05.04.2015-ci tarixdə həmin saytın arxivini araşdırarkən Sizin 18.02.2015-ci il tarixdə yayımlanmış “Üçüncü dünya müharibəsi qaçılmaz olacaq” adlı yazınıza rast gəlib onu mütaliə etdim.

Həmin yazınızın axırıncı cümlələrini bir daha Sizin və oxucuların nəzərinə çatdırıram. Yazırsınız: “Rusiyanın Ukraynanı işğal etməsindən sonra Orta Asiya və Zəkafqaziya ölkələrini işğal etməsi üçün Rusiyaya maksimum iki il kifayət edər. Qərb ölkələri təsirli tədbirlər görməsə hadisələrin inkişafı yazdığım ssenari ilə gedəcək. On beş ildir qərbin ərazi bütövlüyünə qarant dayanmış ukraynanılar hərbi mövqeyi nəzərdən acınacaqlı vəziyyətdədirlər. Rusiyanın qarşısında hərbi texnikaya görə yox, insanların vuruşma qabiliyyətinin yüksək olmasına görə dayanan Ukraynaya kömək etmək lazımdır, əks halda üçüncü dünya müharibəsi qaçılmaz olacaq”. Həm mənim, həm Sizin yazınız 770 nəfər oxucu tərəfindən mütaliə olunub.

Gəlin müharibənin başlanmasından yox, əvvəlcə insanın məskən saldığı Yer kürəsinin insan tərəfindən necə mühafizə olunduğuna diqqət yetirək.

1.”Yapon peykləri xəbər verirlər ki, XXI əsrin problemi psixika olacaqdır; insanlar ya psixikanın qanunlarını öyrənməli və onlara uyğun yaşmalıdırlar, ya da ümumbəşəri fəlakətin qarşısı alınmazdır. Gələcək əsrin “psixologiya əsri” elan edilməsinin səbəbi də bundadır”.(Fərman İsmayılov “Ziqmund Freyd”.  Gənclik nəşriyyatı 1994. Səh.4)

2.Ukraynadakı “Çernobıl atom elektrik stansiyası mətbuatın yazdığı kimi partlayanda yox, yüngülcə öskürəndə radioaktiv şüalanma bütün Avropanın və Rusiyanın qərbini əsən küləklər vasitəsilə başına götürdü.

3.Təqribən bir-iki il bundan qabaq Yaponiyada dəniz kənarında tikilmiş atom elektrik stansiyasında baş vermiş qəza nəticəsində dövlət 250 milyard dollar məbləğində zərərə məruz qalıb.

ABŞ və Rusiyanın nüvə enerjisi ilə işləyən sualtı atom qayıqları bir-bir-biriləri ilə kəllə kəlləyə gəlməkləri bir yana qalsın, bəzən qəzaya da uğrayırlar...Belə qəzalarda radioaktiv tullantılar az və ya çox miqdarda dənizə, okeanlara atılır.

4.45-50 tonluq balinaların okean sularını tərg edib sahildə intihar edirlər. Bunun səbəbi isə dünya dövlətləri tərəfindən araşdırılmır???.

Bütün bu kimi neqativ halların hamısı Yer kürəsini kosmosda qoruyan ozon qatının dağıdılmasına gətirib çıxarır. Yer kürəsində istiləşmə gedir. Şimal və Cənub buz okenları əriyir.

Bu misallarla onu demək istəyirəm ki, insan özü də bilmədən İnsan Yer kürəsinin fauna və florasını zəhərləməklə, məhv etməklə özünün məhvinə doğru gedir.

ABŞ-da siyasət sahəsində strateji məsələrin həlli üzrə   yüksək səviyyəli hesab olunan iki nəfər-Zbiqnev Bjezinski və Stiven Koyen kimi politoloq və sovetoloqlarlarla hesablaşır, onların fikirləri nəzərə alınır. Hazırda bir sıra politoloqlar da dünya miqyasənda baş verən ciddi hadisələr haqqında əsaslı bir fikir söləyə bilməyib həmin şəxsləri bu və ya digər formada yamsılayırlar.

Yaxşı bilirsiniz ki,hərbi küc dövlətlərində-ABŞ-da, Rusiada,Çində Yer kürəsini dəfələrlə məhv edə biləcək nüvə arsenalları (silah ambarları, hərbi zavodlar) mövcuddur. Bu siyahıya Fransanı, Pakistanı, Hindistanı, İsraili, CAR-ı daxil etmirəm. Əgər bircə nüvə daşıyıcı raketi işə düşərsə Yer kürəsi var olacaqmı? Z.Bjezinsi, S.Koyen və özlərini politoloq hesab edən Rəsul kimiləri üçüncü dünya müharibəsi haqqında gəvəzə,  cəfəng və “ssenari”li çıxışlarıyla dövlətlər arasında qıcıqlandırıcı və qızışdırıcı rol oynamaqla, təhlükəli sahəyə baxışlarının, çıxışlarının privmitiv və kasıb olduqlarını sübuta yetirirlər.

İkinci dünya müharibəsindən sonra ABŞ-la SSRİ təqribən yeddi dəfə üz-üzə gəlsələr də mühaibə baş veməyib, Yer kürəsini dolanıb nüvə başlığı daşıya bilən ballistik raketlər işə düşməyib.Yer kürəsi olmasa zbiqnevlər, koyenlər, rəsullar harada yaşayacaqlar? Bu kimi şəxslər yaxşı olardıki“...əks halda  ücüncü dünya müharibəsi qaçılmaz olacaq” kimi sərsəm danışıqlardan, bəyanətlərdən əl cəkib İnsan məskən saldığı Yer kürəsini təbii yaranan və süni surətdə yaradılan təhlükələrdən qurtarmaq üçün alimlərlə bir masanın ətrafında əyləşsinlər. Psixikanın Qanunlarını öyrənib onu yerinə yetirmək vaxtı çatıb. Əks təqdirdə ümumbəşəri fəlakətlərlə qaşılaşa bilərik.

 Bütün bunları dərk edib publisistik yazımda qeyd etmişəm: ”...heç bir dövlət başçısının, generalın əliylə dünya savaşı baş verməyəcək. Yaxşılar və pislər də- obamalar və putinlər də, generallar da yaşamaq istəyirlər...Mən əminəm ki, sağlam zəka müharibə təhlükəsinə qalib gələcək”.

 

Quliyev Elxan Sarı o.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam