Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

YER KÜRƏSİ AĞIL və HƏRBİ GÜC MƏRKƏZLƏRİNƏ DARLIQ EDİR

 

 

"Xeberinfo.com":  Dünya savaşının qeyri mümkün olduğunu dərk edənlər də, etməyənlər də öz sayaqlamalarını insanlara sırımağa çalışırlar. Əgər hərbi güc mərkəzləri arasında hərbi münaqişə baş verərsə nüvə arsenallarının işə düşməsi səbəbindən ən yaxşı halda Yer kürəsidə insanların yaşaması üçün münbit şərait olmayacaq, flora və faunası tam məhv olacaq, zəhərli bir planetə çevriləcək.

Bəs müharibənin necə bir dəhşət olduğunu dərk edənlər nə yazırlar? Həmin şəxslərin bir neçəsinin saytlar vasitəsi ilə yayımlanan cıxışlarına diqqət yetirək.

Amerikalı ekspert  Stiven Koyen bildirir: “ Əgər Qərb indiki formada Kiyevə dəstək göstərməyə davam edəcəksə, biz Rusiya ilə müharibənin başlanğıcını görəcəyik.”

 Xatırladaq ki, S.Koyen dünyada tanınmış “sovetoloq”dur, müasir Rusiya üzrə politoloq və mütəxəssizdir. Amerikada SSRİ və Rusiya barəsində strategiya hazırlanan zaman ekspert kimi onun fikri Ağ Ev tərəfindən həmişə nəzərə alınıb. “Xəbərinfo.com” 26.03.2015-ci il.

Rusiya Liberal-Demokrat Partiyasının Lideri Vladimir Volfoviç Jirinovskinin Qarabağ məsələsinə münasibəti  belədir: ”Rusiyanın ordunun gücü ilə müdaxilə etmək üçün heç bir əsası yoxdur, ancaq qan axıdılmasını istisna etmək üçün Ermənistan və Azərbaycanla anlaşma əsasında regiona sülhməramlı kontinigent yeridilə bilər. Hərçənd ki, kənar müdaxilə riski həmişə var. Abxaziyada olduğu kimi”. “Xəbərinfo.com” 09.04.2015-ci il.

Z.Bjezinski:“Azərbaycan, ABŞ və Rusiya davasında episentrə gəlir”

Maraqlıdır ki, təxminən eyni tarixdə məşhur amerikalı politoloq və sovetoloq, Amerika prezidentinin milli təhlükəsizlik məsələsi üzrə sabiq müşaviri Zbiqnev Bjezinski Azərbaycan üçün şok sayıla biləcək proqnoz verib.

Ukraynadakı proseslərin  mümkün inkişaf ssenariləridən çıxış edən nüfuzlu analtik bəyan edib ki, prezident Putin növbəti hədəflərindən biri məhz Azərbaycan ola bilər. Sitat: “Putin çətin ki, öz aqressiv siyasətini Ukraynaya hücumla yekunlaşdırsın. Onun növbəti hədəfləri qismində Baltikyanı ölkələr, Moldova, Gürcüstan Azərbaycan və hətda Polşa ola bilər... Mən peyğəmbərlik edib qara ssenarilər haqda proqnoz söyləmək istəmirəm, amma həqiqətən risq var ki, Rusiya təcavüzü Ukrayna ilə yekunlaşmayacaq. Bunu Putinin ardıçıl şəkildə seçdiyi yolun təhlili göstərir”. “Xəbərinfo.com”. 30.03.2015-ci il.

Bəs bizim səlahiyyətli nümayəndəmiz Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü politoloq Rasim Musabəyov həmin təllükələr haqqında necə düşünür? O, həmin hadisələrə öz münasibətini şəraitə uyğun  bildirir: “ ABŞ Senatının ölkə prezidentinə müttəfiq ölkələrlə hərbi əməkdaşlığı genişləndirmək səlahiyyəti verilməsi əhəmiyyətli qərardır. Senat bu qərarla Ukrayna, Gürcüstan və Moldovaya NATO-ya üzv olmadan müttəfiq statusu verdi. Bu məsələdə Azərbaycanın da adı var. Bu müsbətdir, lakin Azərbaycana yanaşmada bunun konkretləşməsinə ehtiyac var...Vaşinqtonun hərbi dəstəyinə güvənərək Moskva ilə münasibətləri gərginləşdirmək həddindən artıq ehtiyatsız addımdır. Və bunun təhlükəli nəticələri ola bilər”. “Xəbərinfo.com” 30.03.2015-ci il.

Respublikamızın müstəqilliyinin təhlükə qarşısında olduğunu və bu ağır vəziyyətdən çıxış yolunun müəyyən edilməsi ücün dörd nəfər politoloqun dilindən cıxanları bir yerə yığdım ki, təhlükənin reallığını vətəndaşlarımız aydın görə bilsinlər.

ABŞ öz torpağında müharibə görməyib. Müharibənin necə dəhçətli hal olduğunu Avropa, o cümlədən Almaniya və Rusiya yaxşı bilir. Bu səbəbdən də Rusiyaya qarşı Avropa İttifaqı  ABŞ-la müttəfiq olmadı. ABŞ-nın yekanə yolu bu oldu ki, Ukraynaya özü hərbi silah-sürsat verəsi oldu və NATO-ya qəbul olmadan Ukraynaya, Moldovaya, Gücüstana və Azərbaycana müttəfiq statusu verdi. Bəs status alıb Rusiyanın ətrafında yerləşən həmin respublikalara Rusiya rahatlıq verəcəkmi?

Rusiyanın sərhədlərinə yaxınlaşan ABŞ öz təhlükəsizliyinə əmindirmi? 1.Saytlardan məlumar sızır ki, Rusiyada Sovet dövründən qalma elə raketlər var ki, onun qarşısını almaq mümkün deyil və qəribəsi budur ki, ABŞ hərbi mütəxəssisləri də bunu etiraf edirlər. Əlavə məlumat da verilir ki, həmin raketlər indiki dönəmdə daha da təkmilləşdirilib.       

 2.Birinci, həm də ikinci dünya savaşında almanlarla ruslar nə qədər didişsələr də yenə də bu günkü dönəmdə Avropanı əlində saxlayıb idarə edən Almaniyadır ki, yeraltı sərvəti tam tükənmiş Avropanı yaşatmaq üçün Rusiyaya möhtacdırlar. Sənaye və kənd təsərrüfatı məhsulları istehsalı sahəsində dünya miqyasında ən məhsuldar və mükəmməl texnologiya almanlardadır. Almanlarla rusların iqtisadı sahədə birgə fəaliyyət göstərməsi mümkündür. Bax ABŞ-nın bir qorxusu da budur.

3.Bir cəhəti də qeyd edim ki, elmlərin elə bir sahəsi yoxdur ki, orada aparıcı rolda almanlar olmasın.

Anlamaq lazımdır ki, “ psixikanın Qanunlarını  öyrənmək vaxtı gəlib çatıb. Əks təqdirdə ümumbəşəri fəlakətlərlə qarşılaşa bilərik”.

               

Quliyev Elxan Sarı o.                                                            

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam