Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

KİM ÜÇÜN YAZIRSINIZ?


 

Xeberinfo.com:  Qocalmışam və qəflətən yıxılmağm məni uzun müddət əzablı dərdə saldı. İşim, gücüm kompüterin qaşısında əyləşib yazılanları nəzərdən keçirmək və iqtisadi, siyası publisistik yazılarımla yanaşı zəhmətlə başa gətirdiyim şeirləri və sənədli hekayələri “Xeberinfo.com” saytına ünvanlamaqdır. 

Sayta verilən yazıların hamısı maraqlıdırmı? Həmişə yazanda bir hala diqqət yetirirəm ki, yazdıqlarım oxucu üçün maraqlı olsun və oxunsun.  Əsl şair, dramaturq, nasir olub, ömrü uzunu fəciəli həyat sürmüş, ədəbiyyat sahəsində tanınmayan dayım Fərhad Yusif oğlu Səmədova “Şair mənim dayımıydı” adlı 20 misralıq məsnəvi üslubda olan şeir 11.03.2015-ci il tarixdə “Xeberinfo.com”saytı vasitəsilə oxuculara çatdırılmışdı. Həmin şeir 759 nəfər oxucu tərəfindən oxunmuşdu. Nə gizlədim, mən həmin şeirlə dayımı ağlamışdım. Oxucuların sayının az olması məni daha çox pis vəziyyətə salmışdı. Öz-özümə sual verdim: “Doğrudanmı mən dayıma belə zəif-ucuz şeir yazmışam?” Şeiri güclü məzmunda yazmşıdım. Ancaq oxucunun sayı  demək olar məni qane etmir,ağladırdı. Cox sonralar saytın yaddaşını işə salanda gördüm ki, həmin şeir üzrə oxucuların sayı 7230 nəfəri keçib. Dayım dünyasını dəyişəndən (2012-1997)=15 il sonra əldə edə bildyim əsərlərinin cüzi bir hissəsini 268 səhifədən ibarət “İTMİŞ DÜNYA” adında kitabını çap etdirə bildim.

(Belə bir oxunma hadisəsi 31.08.2015-ci il tarixdə həmin saytda getmiş “Nədən və necə yazmaq lazımdır” bədii ədəbiyyata dair publisistik yazımda da baş vermişdi)...

 Onun hansı bilginin sahibi olmsı haqqında yeddinci kitabımda “Xəyanətin faciəsi” sənədli hekayəmdə müfəssəl məlumat verilmişdir. Dayımın yaradıcılığında üstün cəhət onda idi ki, Azərbaycan və rus diiiərində (rus dilində təhsil almasa da) səviyyəsi yüksək dərəcədə  və ictimai-siyasi, texniki elmlərə maraq güclü olmuşdu. Onun iri həcmli “NUO”ların görüşü fantastik hekayəsi dediklərimə əyani sübutdur.   

Yazarlar tərəfindən müxtəlif məzmunda sayta verilən yazılar oxucu üçündür. Ancaq yazarlar var ki, gündəmdə qalmaq, mətbuatda və saytda özünü görmək üçün yazır. Belələri özlərini bilikli-səviyyəli olduğunu sübuta yetirmək üçün yazılarına dilimizə yad olan xarici sözlərdən yamaq vururlar. Həmin  bilgi sahiblərinin birisini vaxtı ilə nəşr olunan “MÜHAKİMƏ” qəzetinin 16 aprel 2009-cu il tarixli sayında buraxdığı ciddi qüsurlara görə tənqid etdiyimdən dilxor olmuşdu.

Məsələn, bu kimiləri çıxışlarını “ hiperbolik,efermer, tenezm, plagiat, erotik, didaktik, pamik, tyurizm, vampir, lakonik, de-fakto, de-yure, fobiya”... kimi əcnəbi sözlərlə “zənginləşdirmə”yə çalışırlar. Bu sözlərin hamısının Azərbaycan dilində əvəzləri olduğu halda əllaməlik etmək nəyə lazımdır. Bax bu kimi zir-zibilləri də oxucular oxumaq istəmirlər.

Saytda çıxış edənlərin  çatışmayan cəhətlərindən biri də odur ki,  eyni mövzular ətrafında hərəkət etdiklərindən oxucuları yorurlar. Bu kimi yazıları saytda ancaq 730-760 sayda oxucu mütaliə edir. Çıxışlar müxtəlif rənglərdə olsa oxucu oxumağa həvəsli olar.

Yazarlarda çatışmayan digər cəhət-təkrarlamaların daha çox olmasıdır. Nə qədər sevgidən, bazar və dükanlarda qiymətlərin qalxıb enməsindən,valyutaların məzənnələrindən, hüquq-mühafizə orqanlarının həll edə bilmədiyi məsələlərdən, şikayətlərdən, ucuz siyasi, ədəbi mətləblərdən... yazmaq olar.

Saytda özünü ğörmək istəyənlərdən eləsi var ki,  Demokratiya medalının sahibi, bənzərsiz tarix elmləri doktoru Cəmil Həsənlidən dovlət imtahanı vaxtı səkkiz minnətci ilə üç qiymətini güclə alan  anlamır ki, fəlsəfə, tarix elmi bir yana qalsın millətimizin milli xüsusiyyətlərini  dərk edə bilmədiyindən müsahibəsi ilə oxucuların məsxərə obyektinə çevrilir: he,he,he. Bəli beləsi yüksək səlahiyyət sahibi, elm adamıdır.

Anlamaq lazımdır ki, Ədəbi yaradıcılıq, söz sənəti Fəlsəfə elmi ilə sıx bağlıdır.”Fəlsəfə ictimai inkişafla təbiətşünaslığın və cəmiyyətşünaslığın son nailiyyətləri ilə sıx bağlı şəkildə inkişaf edir. O, konkret  elmlər üçün dünya görüşü rolunu oynayır”. 

Yeri gəlmişkən bir məsələni də xatırlatmaq istəyirəm. Ədəbiyyat- bədii yaradıcılığın, incəsənətin əsas növlərindən biri, söz sənəti  ictimai-siyasi, texniki elmlərlə sıx bağlı olduğundan həmin elmlərə bələd olmadan söz sənətinə aid olan  dəyərli məqalələrlə, əsərlərlə  çıxış etmək, yaratmaq mümkünsüzdür. Qeyd edilənlərlə əlaqədar olaraq N.Gəncəvini, R.N.Güntəkini, J.Verni M.S. Ordubadini, S.Vurğunu, T.Drayzeri, V. Hüqonu xatırlamaq kifayət edər.

 

                          

Quliyev Elxan Sarı o.                                 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam